Qazax Information Centre


Ustad Aşıq Ədalət

İyun 12, 2010 223 baxış By: admin Category: Aşıqlar, Məşhurlar, Qazax İnfo, Video Çap Et Çap Et

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur.

Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuş, Ədalət “Ruhani” çalanda qol götürüb oynayarmış. O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

Ədalət sazı sinəsinə sıxıb çalanda əsən küləyə, çağlayan bulağa, şahə qalxıb kükrəyən dalğalara, dağ şəlaləsinə çevrilir. Məcnun kimi dəlicəsinə, Kərəm kimi yana-yana çalır, alışıb yanmaq, od olub yandırmaq istəyir, özünü unudur, sazın sehrinə dalaraq nəğməyə çevrilir. O, qeyri-adi ecazkar çalğı qabiliyyətinə malik sazəndədir.

Əməkdar incəsənət xadimidir.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , , , , , Ustad Aşıq Ədalət

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.