Qazax Information Centre


Azərbaycanın Milli Qəhrəmanı – ALICANOV RAFİQ CƏFƏR oğlu

Aprel 15, 2010 61 baxış By: admin Category: Qehramanlar Çap Et Çap Et

ALICANOV RAFİQ CƏFƏR oğlu

ALICANOV RAFİQ CƏFƏR oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

Ailəli idi, bir qızı və bir oğlu yadigar qalıb.

Azərbaycan Respubliksı prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə kapitan Alıcanov Rafiq Cəfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Köçvəlli kəndində dəfn edilmişdir.

Köçəvəlli kənd orta məktəbi onun adını daşıyır.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: alicanov, ALICANOV RAFİQ CƏFƏR, , cefer oglu, , , , muharibe, , , , qehraman, rafiq, sehid, xocali

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.