Qazax Information Centre


Qazax qaçqın və məcburi köçkünlərə qucaq açıb

Aprel 15, 2010 256 baxış By: admin Category: Qazax İnfo Çap Et Çap Et

Qazax rayonu ərazisində 7054 nəfər məcburi köçkün məskunlaşıb…

Hər ay məcburi köçkünlərdən 3069 nəfərə 330516 manat yemək xərci, 6018 nəfərə 379848 manat ərzaq xərci, 1010 ailəyə isə 989000 manat yanacaq pulu ödənilir, sərhəd kəndlərində atəş altında yaşayan vətəndaşlara isə 42486 manat məbləğində geyim paylanılır. Bundan başqa, il ərzində daxili imkanlar hesabına rayonda yaşayan şəhid ailələrinə, əlillərə, aztəminatlı ailələrə 22500 manat məbləğində, Rayon İcra Hakimiyyətinə maddi köməklə bağlı müraciət edən 42 nəfər vətəndaşa isə 4525 manat məbləğində yardım edilib.

Bundan başqa, hava şəraitinin qeyri–sabit keçməsi nəticəsində meydana gəlmiş problemlər də vaxtında aradan qaldırılır. Məsələn, havaların qeyri–sabit keçməsi, yağıntıların miqdarının artması, rayon ərazisindən keçən Kür və Ağstafaçayda suyun səviyyəsinin qalxmasına səbəb olur ki, bu da Ağstafaçayın sahilində qaçqın və məcburi köçkünlər üçün salınmış qəsəbə və Kür çayının sahilində yerləşən Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı və Aşağı Salahlı kəndləri üçün ciddi problemlər və real təhlükə yaradır. Əvvəlki illərdə Ağstafaçayda sel suları məcburi köçkünlərin yaşadığı qəsəbədə 3 evi yuyub aparıb, 7 ailə isə təhlükəli zonadan müvəqqəti olaraq başqa yerə köçürülüb. Bundan başqa, Kür çayının sahilində bəndlər çəkilib, sahilbərkitmə işləri aparılıb.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: duserge, guquq, insan, , mecburi kocgun, qacqin, ,

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.