Qazax Information Centre


Archive for Dekabr, 2010

Əbdürrəhman ağa Dilbaz oğlu

Dekabr 29, 2010 By: admin Category: Şairlər və Yazıçılar

Əbdürrəhman ağa Dilbazi oğlu (XVIII əsrin  II yarısı – XIX əsrin əvvəlləri)

Dövrünün tanınmış şairlərindən biri olan Əbdürrəhman ağa Dilbaz oğlu Şair Qazax mahalının Xanlıqlar kəndində anadan olmuşdur. Bədxahları Gürcüstan hakimi İrakliyə Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onunla əlbir olduğunu, bəzi siyasi məsələləri həll etmək üçün onların tez-tez görüşdüklərini söyləyirlər. İrakli qəzəblənib şairin gözlərini çıxartdırır. (ətraflı…)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Əbdürrəhman ağa Dilbaz oğlu

Kazım Ağa Salik

Dekabr 29, 2010 By: admin Category: Şairlər və Yazıçılar

Kazım ağa Salik(1781-1842)

Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şerlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə bütün Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. (ətraflı…)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Yeddi qardaş arxeoloji abidəsi

Dekabr 18, 2010 By: admin Category: Qazax İnfo

Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur.

(ətraflı…)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Yeddi qardaş arxeoloji abidəsi,

Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.