Qazax Information Centre


Archive for Dekabr, 2010

Abdulla bəy Divanbəyoğlu (1883 – 1936)

Dekabr 29, 2010 By: admin Category: Şairlər və Yazıçılar

Abdulla bəy Divanbəyoğlu (Abdulla Vəlağa oğlu Sübhanverdixanov) 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.

1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). (ətraflı…)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Abdulla bəy Divanbəyoğlu

Nigar Şixlinskaya

Dekabr 29, 2010 By: admin Category: Fexrlerimiz

Nigar Şixlinskaya (1878 – 1940)

Nigar Hüseyn Əfəndi qızı Şixlinskaya 1878-ci ildə  anadan olmuşdur. İlk azərbaycanlı şəfqət bacısıdır. Birinci dünya müharibəsinin iştirakçısıdır. Tiflisdə Zaqafqaziya Qızlar İnstitunu bitirən (1889) ilk ali təhsilli azərbaycanlı qadındır. Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.

46 yaşlı yaraşıqlı zabit Əliağa Şıxlinski ilə rastlaşan Nigar xanım ilk baxışdan ona aşiq olmuşdur. Onların hissləri qarşılıqlı idi və 1909-cu il 27 oktyabr tarixində toyları olmuşdur.

General Ə.Şıxlinskinin həyat yoldaşı kimi Nigar xanım 1914-18-ci illərdə zabit arvadlarının yaratdığı “Qırmızı xaç” adlı hərbi xəstəxanaya başçılıq edən komitənin sədri seçilmişdir. Bununla yanaşı Nigar xanım gecə-gündüz bilmədən bütün zamanını hospitalda keçirir, yaralılara kömək olaraq, onların qohumlarına rus, tatar və qazax dillərində məktublar yazırdı. Oktyabr inqilabından sonra Əliağa Şıxlinski istefaya çıxır və xanımı Nigarla birlikdə Bakıya qayıdırlar.

Nigar Şıxlinskaya 15 avqust 1931-ci ildə Bakıda vəfat etmişdir. Əliağa Şıxlinski öz xatirələrində yazmışdır: ”Mənim həyatımın ən xoşbəxt anları Nigar xanımla birlikdə keçirdiyim 22 il olmuşdur.” (ətraflı…)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Abbas ağa Nazir (Qayıbzadə)

Dekabr 29, 2010 By: admin Category: Şairlər və Yazıçılar

Abbas ağa Nazir (Qayıbzadə - 1849-1919)

Nazir təxəllüslü Abbas ağa Mirzə Nəbi əfəndi oğlu 1849-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atası, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadədən və məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830-1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Tiflisdəki “Məvarayi-Qafqaz-ruhani idarəsi”nin nəzdində açılmış məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir. (ətraflı…)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , Qayıbzadə

Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.