Qazax Information Centre


Aşıq Cəlal Qəhrəmanov

May 12, 2010 150 baxış By: admin Category: Aşıqlar, Məşhurlar Çap Et Çap Et

Aşıq Cəlal Qəhrəmanov 1928-ci il aprel ayının 28-də Qazax rayonunun Kəmərli kəndində,müəllim ailəsində anadan olmuşdur.Aşıq Cəlal ~ Aşıq Avdı Qaymaqlının yanında şagirdliyə başlamış və 3 il ərzində saz sənətinin sirrlərinə yiyələnmişdir.Onun ifasında 23 saz havası Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilmişdir.Aşıq Cəlal Azərbaycan Aşıqlarının 1961-ci ildə ,Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur.Aşıq  Cəlal 1978-ci ildə vəfat etmiş,Kəmərli Kənd qəbirsanlığında dəfn olunmuşdur.

***

İncə  dərəsi

Gəlib qürbət eldə düşdün yadıma
Aydilbər camallı,İncədərəsi
Gəzməlisən,kef verirsən insana
Ağıllı-Kamallı İncə dərəsi
***
Kəndin ortasından İncə çay keçir
Gəlib gedənlərin sərin su içir
Qızların şuxunu cavanlar seçir
Gözəlləri xallı İncə dərəsi
***
Sənin ellərindən biləm əhvalı
Bəlkə varlığımın dəyişə halı
Yada salırsanmı Aşıq Cəlalı
Ay aşıq Cəlallı İncə dərəsi ?!

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.