Aslan Kəmərli ~ Kəndim
Bir xalqın hünəri, qeyret damarı
Vulkandı,alovdu,tufandı kəndim
Başının üstündə ildirım çaxa
Sancılıb topağa durandı kəndim
***
Yaşının üstünə yaş qoymalıyam Daşının üstünə daş qoymalıyam Ayağı altında baş qoymalıyam Gözümdə Məkkədi,Qurandı kəndim *** Özü bir dünyadı,sözü bir dünya İstisi,alovu,közü bir dünya Dünyalar içində özü bir dünya Dağılmaz,pozulmaz Turandı kəndim ***
Quzuya quzudu,qurda şir ,pələng Arana layladı,dağlara çələng Elə haray qopub çalındımı cəng Atandı,tutandı,vurandı kəndim *** Əyəndə başını dağlara əyib Duranda təpəsi zirvəyə dəyib Oğul var başını uca eyləyib Oğul var yerinə utandı kəndim

Share on Facebook