Qazax Information Centre


Qazax rayonununda MTN-nin yaranmasının 90 illik yubileyi keçirildi

Aprel 30, 2010 79 baxış By: admin Category: Qazax İnfo Çap Et Çap Et

Yubiley iştirakçıları öncə Heydər Əliyevin Qazax rayonundakı abidəsi öününə gül dəstəsi qoydular. Daha sonra onlar inşası davam etdirilən MTN-nin Qazax rayon şöbəsinin yeni binasında tikinti işləri ilə tanış oldular.

Qazax rayon İcra Hakimiyyətinin akt zalında təşkil olunan tədbirdə əvvəlcə iştirakçılar Azərbaycan Milli Təhlükəsizlik orqanı əməkdaşlarının son dövrlər terrorizm və cinayətkarlığa qarşı həyata keçirdiyi uğurlu əməliyytaları özündə əks etdirən filmə tamaşa etdilər. Daha sonra tədbiri giriş sözü ilə RİH-nin başçısı Rauf Hüseynov açdı. O, MTN-nin əməkdaşlarını 90 illik yubiley münasibətilə təbrik etdi. MTN-nin Qazax rayon şöbəsinin rəisi Azər Alıyev təhlükəsizlik orqanının 90 illik keçdiyi şərəfli və çətin fəaliyyət illərinin qısa xronologiyasını diqqətə çatdırdı. Əldə olunan uğur və nailiyyətlərdən bəhs etdi. Tədbirin sonunda Qazax RİH tərəfindən MTN-nin Qazax rayon şöbəsinin əməkdaşlarına fəxri diplom və hədiyyələr təqdim olundu.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: 90, daxili, isler, k'm'rli, , kkb, mtn, nazirliyi, , qazagim, , yubiley

Leave a Reply


Rss Feed Tweeter button

Twitter links powered by Tweet This v1.8.2, a WordPress plugin for Twitter.