Qazax Information Centre


Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

DAVAMI...

Abbas ağa Nazir (Qayıbzadə)

Dekabr 29, 2010 187 baxış By: admin Category: Şairlər və Yazıçılar

Abbas ağa Nazir (Qayıbzadə – 1849-1919)

Nazir təxəllüslü Abbas ağa Mirzə Nəbi əfəndi oğlu 1849-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atası, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadədən və məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830-1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Tiflisdəki “Məvarayi-Qafqaz-ruhani idarəsi”nin nəzdində açılmış məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir. Davami →

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , Qayıbzadə
1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Əbdürrəhman ağa Dilbaz oğlu

Dekabr 29, 2010 187 baxış By: admin Category: Şairlər və Yazıçılar

Əbdürrəhman ağa Dilbazi oğlu (XVIII əsrin  II yarısı – XIX əsrin əvvəlləri)

Dövrünün tanınmış şairlərindən biri olan Əbdürrəhman ağa Dilbaz oğlu Şair Qazax mahalının Xanlıqlar kəndində anadan olmuşdur. Bədxahları Gürcüstan hakimi İrakliyə Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onunla əlbir olduğunu, bəzi siyasi məsələləri həll etmək üçün onların tez-tez görüşdüklərini söyləyirlər. İrakli qəzəblənib şairin gözlərini çıxartdırır. Davami →

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Əbdürrəhman ağa Dilbaz oğlu
1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Kazım Ağa Salik

Dekabr 29, 2010 189 baxış By: admin Category: Şairlər və Yazıçılar

Kazım ağa Salik(1781-1842)

Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şerlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə bütün Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. Davami →

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...