Qazax Information Centre


Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

DAVAMI...

Yeddi qardaş arxeoloji abidəsi

Dekabr 18, 2010 516 baxış By: admin Category: Qazax İnfo

Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur.

Davami →

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Yeddi qardaş arxeoloji abidəsi,
1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Avey dağı

Dekabr 18, 2010 241 baxış By: admin Category: Qazax İnfo

Avey – Gürcüstan ilə Qazax rayonu arasında yerləşən Kiçik Qafkaz dağlarındakı zirvələrdən biri, ağ bozumtul dağ silsiləsidir. Daş Salahlı kəndindən 12 km aralıqdadır. Buralarda hələ paleolit dövrünə aid insan fəaliyyətinin izləri var. İbtidai görkəmli qayadaca çapılan məbədlər, 30-a qədər süni mağara aşkar edilmişdir. Dağın başında qədim alban məbədi var. Cəbhə xəttinə yaxın olduğundan zirvəsinə hazırda giriş məhduddur. Avey sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada olub. Toponim Ay evi kimi açıqlanır – Avey-Ayev. Ümumən türklərdə Aya sitayiş qədim dövrlərdən bəri geniş yayılıb. Qədim türklərdə “Ay Tənqri” (Ay Allahı) ifadəsi olub. Avey dağının özündə və ətrafında abidələr çoxdur. Təsadüfi deyil ki, respublika hökumətinin 22 fevral 1989-cı il tarixli qərarı ilə Avey dövlət tarix-mədəniyyət qoruğu yaradılmışdır.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: ,
1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Qazax mücahidləri!

Noyabr 26, 2010 323 baxış By: admin Category: Qehramanlar

Qazax mücahidləri!
1921-ci ilde Azerbaycandan Türkiyənin Amasya bölgəsinə geden və Türkiyədə mezalim eden Rum Cetelerine karşı Türk halkini qorumaq üçün Karaağac kəndine köməyə gedən Qazaxlı könüllülər.


Şəkildəkilər:

1 . Teze Mahmut Azari (Mahmud koxa)- Yuxarı Salahlı.
2. Qara -Yuxarı Salahlı
3. Şahvelet Kazak- Yuxarı Salahlı.
4. Qubadan olan şexsdir.
5. İlyas kisi (Topal İlyas)- Daş Salahlı.
6. Medet Bey Annaxlı- Yuxarı Salahlı.
7. Kinyaz Bey- Şıxlı.
8. Yasin Bey Miralayef- Daş Salahlı.
9. Penax bey Vekilov- Yuxarı Salahlı.
10. Nazif Bey Miralayev- Daş Salahlı.
11. Hacı Mahmud Efendinin oğlu Hacı Veyisin böyük oğlu İbrahim Efendidir- İnce deresi..
12. Necefoğlu- İnce Deresinden.
13. Alı Bey Şıxlınski-
Birinci Şıxlı.
14. Alı beyin qardaşı Kazım Bey Şıxlınski- Birinci Şıxlı.
15. Medet Beyin emisi oğlu Mehemmet Bey Annaxlı- Yuxarı Salahlı.
16. Medet Beyin qardaşı Hüseyin Bey- Yuxarı Salahlı. niz size gonderebilerem.


Şəkil 1944-cü ildə çəkilib

(Yusif Əfşara material üçün təşəkkürlər)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5,00 out of 5)
Loading...