Qazax Information Centre


Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

DAVAMI...

Qazax Dövlət Rəsm Qalereyası

Fevral 14, 2011 436 baxış By: admin Category: Qazax İnfo

Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur. Davami →

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , Qazax Dövlət Rəsm Qalereyası,
1 Star2 Stars3 Stars4 Stars5 Stars (1 votes, average: 5,00 out of 5)
Loading...

Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi

Fevral 14, 2011 625 baxış By: admin Category: Qazax İnfo

Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1160 eksponat vardır.

2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı.

1982-ci ildən hər il respublikamızda “Vaqif” poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 5,00 out of 5)
Loading...

Qazax rayonunun tarixi-mədəniyyət abidələrin xəritəsi

Yanvar 10, 2011 473 baxış By: admin Category: Qazax İnfo

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , ,
1 Star2 Stars3 Stars4 Stars5 Stars (2 votes, average: 4,50 out of 5)
Loading...