Qazax Information Centre


Eldar Nəsibli Sibirel

Oktyabr 26, 2010 By: admin Category: Şairlər və Yazıçılar

Şair Eldar Nəsibli Sibirel 2010, 11 oktyabrda Qazaxda baş verən avtomobil qəzasında  həlak olmuşdur. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüzünlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

Eldar Nəsibli Alı oğlu ( Eldar Nəsibli Sibirel ) – 18.5.1952-ci ildə Tomsk vilayəti,Baxçar rayonunda anadan olub.Orta məktəbi Qazax rayonunun İkinci Şıxlı kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.(1969-1974).Həmin vaxtdan “Elm və Həyat” jurnalı redaksiyasında ədəbi işçi,baş ədəbi işçi,şöbə müdiri vəzifələrində işləmişdir.1984-cü ildən 1990-cı ilə qədər həmin jurnalın məsul katibi olmuşdur.1990-1995-ci illərdə “Mərhəmət”jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.”Azərbaycan” qəzetinin qərb bölgəsi- Qazax,Ağstafa,Tovuz,Gədəbəy,Daşkəsən üzrə müxbiri olmuşdur. (daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , , , , eldar nəsibli, , , ,

Aslan Kəmərli

Aprel 30, 2010 By: admin Category: Fexrlerimiz

Mustafazadə Aslan Mustafa oğlu

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

(daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Ağamalı Sadiq Əfəndi

Aprel 25, 2010 By: admin Category: Fexrlerimiz

Əfəndiyev Ağamalı Əhməd oğlu

Şair, Nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Ağamalı Sadiq 1947-ci il martın 8-də  Qazax rayonunun Qaymaxlı kəndində  ziyalı ailəsində  anadan olmuşdur. Burada orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə  Sumqayıt superfosfat zavodunda elektrik mantyoru kimi başlamışdır (1964-1972). ADU-nun jurnalistika fakültəsində təhsilini davam etdirmişdir (1972-1977). “Yazıçı” nəşriyyatında korrektor (1978-1981), “Maarif” nəşriyyatında redaktor (1983-1986), “Ulduz” jurnalında ədəbi işçi (1986-cı ildən) vəzifələrində çalışmışdır. 1979-cu ildən şeir, hekayə  və    publisist   yazıları  ilə   dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri rus və özbək dillərinə tərcümə olunmuşdur.
1995-ci il dekabrın 24-də vəfat etmiş, doğma kənd qəbiristanlığında dəfn olunmuşdur.

(daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: agamali, Ağamalı Sadiq Əfəndi, , , , nasir, qaynaqli, , sadiq,