Qazax Information Centre


Archive for the ‘Şairlər və Yazıçılar’

Mehdi Hüseyn

İyun 24, 2010 By: admin Category: Şairlər və Yazıçılar

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax II Şıxlı kəndində dünyaya göz açmışdır.
Hüseynov Mehdi Əli oğlu—Nasir, Dramaturq, Tənqidçi, 1943-cü ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950)

(daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Qayıbov Hüseyn Yusif oğlu

İyun 23, 2010 By: admin Category: Şairlər və Yazıçılar

1830-1917
Qayıbov Hüseyn Yusif oğlu 1830-cu il mayın 24-də Salahlı kəndində
ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşlarında
valideynlərini itirdiyindən əmisinin himayəsində boya-başa çatmışdır.
İbtidai təhsilini doğma kəndində müdərris Məhəmməd Əfəndinin
məktəbində almışdır. Burada ərəb və
fars dillərini, klassik şərq ədəbiyyatını mükəmməl öyrənmişdir.
Həmin məktəb müdərrisinin köməkçisi olmuşdur (1830-1847). (daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: Qayıbov Hüseyn Yusif oğlu

Molla Vəli Vidadi

İyun 23, 2010 By: admin Category: Qazax İnfo, Şairlər və Yazıçılar

1709( Şәmkir )- 1809 ( Qazax qәzasının Birinҹi Şıxlı kəndi )

Görkәmli Azәrbaycan şairi Molla Vəli Vidadi
Şәmkirdә, Qazağın Poylu kəndindә təһsil almış, әrəb vә fars dillәrini mükәmməl öyrәnmişdir. Şıxlıda Mirzәlik vә mәktәbdarlıq etmişdir.
Vidadi һәm әruz, һәm dә һeca vәznlәrində yazmışdır. Әdәbi irsinin az qismi mәlumdur. Dövrünün һәrc-mәrcliyindən doğan kәdәr vә ümidsizlik, mәnәvi tәnһalıqdan şikayət Vidadi yaradıcılığının әsas motivlәrindәndir. Şəki xanı şair Məmmədһüseyn xan Müştaqın xaincәsinә öldürülmәsi münasibәtilә yazdığı “Müsibәtnamә” mәnzumәsindә dövrün səciyyәvi, real lövһәsini yaratmış, xalq mәnafeyini unudan mәnsәb, şöһrәt düşgünlәrinә, naһaq qan tökәnlәrә lənәt yağdırmışdır. Vidadinin xalq kәdәrindәn gәlәn bәdbinlik fәlsәfəsi M.P.Vaqiflә müşairәdә vә “Belә qalmaz” rәdifli müsәddәsdә daһa qabarıq əks olunmuşdur. (daha&helliip;)

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , molla vəli vidadi, ,