Qazax Information Center

Yeni WordPress Saytı

Yunis Kazımov

İyun 23, 2010 130 views By: qazax Category: Qazax İnfo

Kazımov Yunis 1933-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.O,ilk təhsilini başa vurduqdan sonra Gəncə Kənd Təsərrüfatı İnstituna qəbul olmuş və ali məktəbi qurtardıqdan sonra Salyan rayonunun Qaraçala Qrabağlıqəsəbəsinin,Qazax rayonu II Şıxlı kəndlərində direktor vəzifəsiondə işləmişdir.Kazımov Yunis 1989-cu ildə vəfat etmiş və doğma kəndində dəfn olunmuşdur.

Gəl

Əziz dostum bizim İncə kəndinə
Qış fəsli ötüşüb yaz düşəndə  gəl
Havalar isinib gün uzananda
Palçıqlar quruyub toz düşəndə gəl
***
Gətir dostlarını cəsur mətinnən
Qorxmasınlar təhlükədən,çətindən
Kabablar çəkilsin əmlik ətindən
Ocaqlar çatılıb köz düşəndə gəl
***
Dağlar bürünəndə yaşıl sərvətə
Bulaqlı meşələr dönür cənnətə
Meylin istəyəndə sözə-söhbətə
Könlünə bir telli saz düşəndə gəl
***
Qarlı quzeyindən çıxaq Kəməndə
Səhnələr yaranır quzu əməndə
Səhər ertə gəzək şehli çəməndə
Güllər arasına iz düşəndə gəl
***
Dünya beş günlükdü,həm geniş həm dar
Bütün insanlarda olaydı ilqar
Dağların başında əriyəndə qar
Qayadan sürüşüb buz düşəndə gəl
***
Yunis hamı pəs otura,pəs dura
Nə lazımdı durmaq insan qəsdinə
Nemətlər düzülsün süfrə üstünə
Bol olsun çörəklə duz düşəndə gəl

20/5.1981

Leave a Reply