Ustad Aşıq Ədalət
Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur.
Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.
Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuş, Ədalət “Ruhani” çalanda qol götürüb oynayarmış. O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.
Aşıq Cəlal Qəhrəmanov
Aşıq Cəlal Qəhrəmanov 1928-ci il aprel ayının 28-də Qazax rayonunun Kəmərli kəndində,müəllim ailəsində anadan olmuşdur.Aşıq Cəlal ~ Aşıq Avdı Qaymaqlının yanında şagirdliyə başlamış və 3 il ərzində saz sənətinin sirrlərinə yiyələnmişdir.Onun ifasında 23 saz havası Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilmişdir.Aşıq Cəlal Azərbaycan Aşıqlarının 1961-ci ildə ,Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur.Aşıq Cəlal 1978-ci ildə vəfat etmiş,Kəmərli Kənd qəbirsanlığında dəfn olunmuşdur.
Aşıq Avdı
Aşıq Avdı xalq ədəbiyyatı xəzinəsinə “Avdı və Mehriban” dastanı kimi folklor nümunəsi bəxş edib, aşıqların repertuarından düşməyən “İncəgülü” saz havası yaradıb.