Qazax Information Center

Yeni WordPress Saytı

QAZAXDA YENİ YAŞILLIQLAR SALINIR

Aprel 16, 2010 By: qazax Category: Qazax İnfo

Qazax Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, 2010-cu ilin «Ekologiya ili» elan olunmasını nəzərə alaraq, bu il magistral yolların kənarlarında və ərazilərdə 37 min ting əkilməsi nəzərdə tutulmuşdur. Artıq bu işə başlanılmışdır. Belə ki, yanvarda 1500 ağac tingi əkilmişdir.

Bundan əlavə, yaz mövsümündə 17 min, payızda isə 18 min 500 ting əkiləcəkdir.

(daha&helliip;)

İsrafil Məmmədov Qazaxlı

Aprel 16, 2010 By: qazax Category: Idman

Israfil Memmedov

Bahadırların Azərbaycan çempionatı başa çatdı

Oktyabrın 11-dən etibarən Gəncə Olimpiya İdman Kompleksində bench-press və pawerliftinq üzrə respublika çempionatına yekun vuruldu

Yarışların ən ağır çəkili idmançısı İsrafil Məmmədov (Qazax)140 kq çəkidə I yeri əldə edib.

(daha&helliip;)

Qazağın inkişafıda Heydər Əliyevin əvəzsiz rolu…

Aprel 16, 2010 By: qazax Category: Qazax İnfo

heyder eliyev

“Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”

Heydər Əliyev

(daha&helliip;)

Yaşıla boyanmış görkəminə qarşı təvazökar Qazax

Aprel 16, 2010 By: qazax Category: Qazax İnfo

İki günə dolu-dolu sığdırılmış yaşam…

(daha&helliip;)

“Siz əziz Qazaxlılar!…..” (Heydər Əliyev)

Aprel 15, 2010 By: qazax Category: Qazax İnfo

“Siz əziz Qazaxlılar! Burada həm öz torpağınızı qoruyursunuz, həm də Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız!”

(Heydər Əliyev)

Ölkəmizin qədim şəhərlərindən biri olan Qazaxda hərtərəfli inkişaf və tərəqqi var…

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət kursu ölkəmizi nəinki regionun liderinə, eyni zamanda dünyanın inkişaf etməkdə olan dövlətlərindən birinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı “Regionların sosial–iqtisadi inkişafı” Dövlət Proqramı Azərbaycanın inkişafına təkan verib. Sənədin imzalanmasından sonra aparılan işlər və əldə edilən nəticələr belə deməyə əsas verir. Bundan başqa, dövlət başçısının səfər etdiyi hər bir şəhər və rayonda yerli rəhbərlərə sosial–iqtisadi inkişafa nail olmaq üçün verdiyi xüsusi tapşırıqlar da diqqət mərkəzindədir. Bu, özünü Qazaxda da qabarıq şəkildə büruzə verir

(daha&helliip;)

Yunan-roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışı

Aprel 15, 2010 By: qazax Category: Idman

Yunan-Roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışı

Yeniyetmələrin VI Respublika Oyunlarının proqramına daxil olan yunan-roma güləşi üzrə Qazax rayonunda keçirilən zona yarışında Sumqayıt, Gəncə, Qazax, Daşkəsən, Yevlax, Goranboy, Mingəçevir, Balakən, Göyçay, Füzuli, Zəngilan, Şəki şəhər və rayonlarından 110 idmançı iştirak etmişdir:

(daha&helliip;)

Azərbaycanın Milli Qəhrəmanı – ALICANOV RAFİQ CƏFƏR oğlu

Aprel 15, 2010 By: qazax Category: Qehramanlar

ALICANOV RAFİQ CƏFƏR oğlu

ALICANOV RAFİQ CƏFƏR oğlu
11 iyul 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində dünyaya göz açmışdır. Muğanlı kənd orta məktəbini bitirdikdən sonra Kalininqrad şəhərinə gedərək Ali Hərbi Məktəbə daxil olur. 1988-ci ildə təhsilini bitirib Ukraynada ixtisası üzrə işə başlayır. 1988-ci illərdə o Ukraynada Azərbaycan haqqında onu narahat edən xəbərlər alır və vətənə geri dönür. Rafiqin şərəfli döyüş yolu Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Ağdam, Tərtər, Füzuli, Zəngilan rayonlarından və Naxçıvandan keçir. Bu uğurları ona Kapitan rütbəsinə yüksəlmək imkanı verir. Artıq o komandir idi, 5 noyabr 1993-cü ildə Füzuli rayonunun Kürdmahmudlu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olur.

(daha&helliip;)

AY INCƏDƏRƏM

Aprel 14, 2010 By: qazax Category: Şer

Qoynunda məclisim xoş keçir hər an,
Xoş günlər keçəsən, ay İncədərəm,
Aman verin xəbər alım sazından,
Şirin söz biçəsən, ay İncədərəm!

Hər kəndinin bir dastanlıq sözü var,
Hər odunun doğma yanan közü var,
Unutma! uzaqda ellər qızı var,
Mənəm sənçün əsən, ay İncədərəm!

Dolandım başına inan ki, xeyli,
Sənə baxan varmı, bəs yad nəzərli?
Kəmərli, Qaymaqlı, baş Aslanbəyli,
Könül oxşar desəm, ay İncədərəm!

Ümidsiz insanam, ümidim oldun,
Həm arxam, dayağım, gərəyim oldun,
Sanma el qızıyam, sən unuduldun,
Sənsiz ki, mən heçəm, ay İncədərəm!

(müəllif: Sevinc Incəli )

Sevinc İncəliyə öz təşəkkürümüzü bildiririk…

(daha&helliip;)

Qazax xalçaları Evelin İlves də Heyran etdi…

Aprel 14, 2010 By: qazax Category: Qazax İnfo

Estoniyanın birinci xanımı Evelin İlves “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərbaycan xalçası qalereyası”nda olub…

(daha&helliip;)

Qazaxda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur.

Aprel 14, 2010 By: qazax Category: Idman

Qazaxda idmanın kütləviliyinin artırılması üçün bütün imkanlardan istifadə olunur.

2008-ci ildə keçirilən yeniyetmələrin VI respublika oyunlarında Qazax idmançıları 7 idman növü üzrə iştirak edərək 4-ü qızıl olmaqla 12 medal əldə etmişlər. Ağır atletika üzrə yığma komanda həmin yarışlarda komanda hesabında birinci yeri tutmuşdur. İtaliyada keçirilən Kunq-fu üzrə Dünya çempionatında 2 nəfər qazax idmançısı gümüş medal qazanmışdır.

(daha&helliip;)