Qurban Musayev Məmməd oğlu
Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu,İkinci Şıxlı kəndində anadan olmuşdur.Burada kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir.1951-ci ildə Laçının Minkənd adlı kəndinə müəllimlik təyinatını almışdır.1960-70 ci illərdə Qazax rayonunda sarıvəlli kənd orta məktəbinin direktoru olmuşdur.Dövrü mətbuatda hələ tələbəlik illərindən çap olunmağa başlamışdır.Əsasən xalq şeri üslubunda yazan şairin əsərləri forma və məzmun ,mövzuca zəngin və rəngarəngdir.” Mən Qoca Palıdam (1991) “, “Mən Ocaq Yeriyəm (1993) ” və ” Mən Belə Qurbanam (1997) ” adlı üç şer kitabı nəşr olunmuşdur. “Əlaçı maarif işçisi” adına layiq görülüb. (daha&helliip;)
Share on Facebook