Qazax Information Center

Yeni WordPress Saytı

Qurban Musayev Məmməd oğlu

İyun 20, 2010 By: qazax Category: Məşhurlar, Şer

Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu,İkinci Şıxlı kəndində anadan olmuşdur.Burada kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir.1951-ci ildə Laçının Minkənd adlı kəndinə müəllimlik təyinatını almışdır.1960-70 ci illərdə Qazax rayonunda sarıvəlli kənd orta məktəbinin direktoru  olmuşdur.Dövrü mətbuatda hələ tələbəlik  illərindən  çap olunmağa başlamışdır.Əsasən xalq şeri üslubunda  yazan  şairin  əsərləri  forma və məzmun ,mövzuca zəngin və  rəngarəngdir.” Mən Qoca Palıdam (1991) “, “Mən Ocaq Yeriyəm (1993) ” və ” Mən Belə Qurbanam (1997) ” adlı üç şer  kitabı nəşr olunmuşdur. “Əlaçı maarif işçisi” adına layiq görülüb. (daha&helliip;)