Qazax Information Center

Yeni WordPress Saytı

Aşıq Cəlal Qəhrəmanov

May 12, 2010 By: qazax Category: Aşıqlar, Məşhurlar

Aşıq Cəlal Qəhrəmanov 1928-ci il aprel ayının 28-də Qazax rayonunun Kəmərli kəndində,müəllim ailəsində anadan olmuşdur.Aşıq Cəlal ~ Aşıq Avdı Qaymaqlının yanında şagirdliyə başlamış və 3 il ərzində saz sənətinin sirrlərinə yiyələnmişdir.Onun ifasında 23 saz havası Azərbaycan radiosunun “Qızıl fond”una daxil edilmişdir.Aşıq Cəlal Azərbaycan Aşıqlarının 1961-ci ildə ,Bakıda keçirilmiş III qurultayının nümayəndəsi olmuşdur.Aşıq  Cəlal 1978-ci ildə vəfat etmiş,Kəmərli Kənd qəbirsanlığında dəfn olunmuşdur.

(daha&helliip;)

Azərbaycanın Milli Qəhrəmanı – BABAYEV ƏJDƏR XALIQVERDİ oğlu

Aprel 14, 2010 By: qazax Category: Qehramanlar

BABAYEV ƏJDƏR XALIQVERDİ oğlu

BABAYEV ƏJDƏR XALIQVERDİ oğlu
1950-ci il 26 avqust Qazax rayonunda anadan olmuşdur. Sonradan onun ailəsi Ağstafaya köçmüşdür. 1958-ci ildə burada məktəbə gedir və 1967-ci ildə həmin məktəbi bitirmişdir. 1969-cu ildə hərbi xidmətə çağırılır sonra isə ordudan tərxis olunan Əjdər Nərimanov rayon polis şöbəsinə işə qəbul edilir. Nümunəvi polis işçisi kimi dəfələrlə DİN-in mükafatlarına layiq görülmüşdü. 1995-ci il… 13-17 mart hadisələri…Vətənin sarsıntılı günləri idi, bir qrup silahlı dəstə xarici qüvvələrin təsiri ilə yenicə qurulmuş dövlətimizə xəyanət etdərək hakimiyyəti ələ almağa çalışırdı. Silahlı dəstələrin zərərsizləşdirilməsində Əjdər Babayev böyük şücaət göstərdi vətənimizin bu cəsur övladı qardaş gülləsinə tuş gələrək əbədiyyətə qovuşdu.

(daha&helliip;)

Qazax Xalçaları Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğanı valeh edib

Aprel 14, 2010 By: qazax Category: Qazax İnfo

Qazax Xalçaları

Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olub…

(daha&helliip;)