Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Abdulla bəy Divanbəyoğlu (1883 – 1936)

Dekabr 29, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Abdulla bəy Divanbəyoğlu (Abdulla Vəlağa oğlu Sübhanverdixanov) 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.

1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). (daha&helliip;)