Qazax Information Center

Yeni WordPress Saytı

Qurban Musayev Məmməd oğlu

İyun 20, 2010 221 views By: qazax Category: Məşhurlar, Şer

Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu,İkinci Şıxlı kəndində anadan olmuşdur.Burada kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir.1951-ci ildə Laçının Minkənd adlı kəndinə müəllimlik təyinatını almışdır.1960-70 ci illərdə Qazax rayonunda sarıvəlli kənd orta məktəbinin direktoru  olmuşdur.Dövrü mətbuatda hələ tələbəlik  illərindən  çap olunmağa başlamışdır.Əsasən xalq şeri üslubunda  yazan  şairin  əsərləri  forma və məzmun ,mövzuca zəngin və  rəngarəngdir.” Mən Qoca Palıdam (1991) “, “Mən Ocaq Yeriyəm (1993) ” və ” Mən Belə Qurbanam (1997) ” adlı üç şer  kitabı nəşr olunmuşdur. “Əlaçı maarif işçisi” adına layiq görülüb.

1997-ci ilin payızında vəfat edib.İkinci Şıxlı kənd qəbirsanlığında dəfn olunmuşdur.

Qazağın

Gəzib  görməyənlər oxuyub bilsin;
Hər yanı gül-çiçək ,bağdı Qazağın !
Solunda Dilcandı,sağında Tiflis,
Arxası dost ellər-dağdı Qazağın !
***
Qocaları dəyanətli,dirəkli,
Gəncləri vüqarlı,haça ürəkli.
Süfrələri geniş,duzlu çörəkli,
Kənd-kəsəyi çıl-çıraqlı Qazağın !
***
Bir vaxt Molla Pənah çaylartək coşdu,
Elat gözəlinə dastanlar qoşdu.
Dedi:”Vətən üçün ölmək də xoşdu”,
Bu dərd sinəsində dağdı Qazağın !
***
Salik Vidadisi şer həvəsli,
Əliağası var,topu gur səsli…
Mehdisi, Osmanı bahar  nəfəsli,
Vurğunu ölməmiş sağdı Qazağın !
***
Desəm , bizə söz də şirin nemətdi,
Kimsə deməz Qurban sözün qələtdi.
Ədalətin sazı   Şərqə  şöhrətdi,
Hər yarışda üzü ağdı Qazağın !
Vurğunu ölməmiş sağdı sağdı Qazağın !

Leave a Reply