Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Qazax Xalçaları Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğanı valeh edib

Aprel 14, 2010 575 views By: qazax Category: Qazax İnfo

Qazax Xalçaları

Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Sehrli ilmələr” qalereyasında olub…


Qonağa məlumat verilib ki, xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar verib Qazax xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildiriblər. Qazax xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı “Azər-İlmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülüb.

Müəssisədə toxunmuş “Qazax” xalçaları qonağın diqqətini daha çox cəlb edib

Türkiyənin Baş nazirinin xanımı boyama, toxuma prosesini maraqla izləyib, xalçaçı qızlarla səmimi söhbət edib, qalereyanın açıq səma altında nümayiş olunan zəngin eksponatlarına baxıb. Qonaq xalçalarımızın gözəlliyinə valeh olduğunu bir daha vurğulayıb, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasını yüksək qiymətləndirib.

Leave a Reply