Qazax Information Center

Yeni WordPress Saytı

Qazax xalçaları Evelin İlves də Heyran etdi…

Aprel 14, 2010 180 views By: qazax Category: Qazax İnfo

Estoniyanın birinci xanımı Evelin İlves “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Azərbaycan xalçası qalereyası”nda olub…

Estoniyanın birinci xanımına məlumat verilib ki, xalçaçılıq Azərbaycan

xalqının ən qədim sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər

ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyyəti, zəngin çeşniləri

barədə məlumatlar veriblər Qazax xalçaları Böyük İpək yolu üstündəki

bütün ölkələrdə məşhur idi. Azərbaycanın Qazax xalı-xalçaları indi də

dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

350 nəfərin çalışdığı “Azər-İlmə”nin məhsulları ABŞ, Almaniya, Avstriya,

İngiltərə, İtaliya, Yaponiya, Rusiyada keçirilən satış sərgilərində xüsusi

mükafat və sertifikatlara layiq görülüb. İpləri boyamaq üçün ancaq təbii

rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür.

Estoniyanın birinci xanımı qalereyanın zəngin eksponatlarına baxıb,

boyama, toxuma prosesini maraqla izlədi, xalçaçı qızlarla səmimi söhbət

edib və Qazax xalçalarına olan heyranlığını bildirib. Xanım Evelin İlves

Qazax xalçalarının gözəlliyindən, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə

yaşadılmasından məmnun qaldığını, qalereya ilə tanışlıqdan zəngin təəssürat

aldığını bildirib.

Leave a Reply