Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan olunub

May 03, 2010 1. 232 views By: qazax Category: Qazax İnfo

Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, dəstəklənməsi, xalq yaradıcılığının təbliği və təşviqi istiqamətində aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramını təsdiq edib.

Nazirlikdən SİA-ya verilən məlumata əsasən proqramın icrası ilə əlaqədar diyarşünaslıq, folklor və sənətkarlıq nominasiyaları üzrə daxil olan təkliflər müvafiq namizəd şəhərlərin ümumi hazırlığı, tarixi ənənələri və digər amillər nəzərə alınmaqla təhlil edilib.



Milli folklor ustaları və kollektivlərinin, sənətkarların, milli adət-ənənələrin və eyni zamanda respublikanın şəhər və rayonlarının beynəlxalq səviyyədə tanıdılması, daxili və xarici turizmin inkişafı, habelə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının icrasını təmin etmək məqsədilə  Qazax şəhəri “Azərbaycanın Folklor Paytaxtı” elan edilib.



Bu münasibətlə  Qazax şəhərində il ərzində nominasiyalara uyğun olaraq təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, infoturların və sair tədbirlərin təşkili nəzərdə tutulub.     (SİA)

Tags: , , , , , , , , , , , , , , , , , ,

Leave a Reply