Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Qazax rayonunun Bağanıs Ayrım kəndinin işğalından 19 il ötür

Aprel 30, 2010 962 views By: qazax Category: Qazax İnfo

ArmenianErmənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə  Boğanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb.

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. Işğal zamanı Bağanis Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutub. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib.

Xüsusu strateji əhəmiyyətli Bağanıs Ayrım kəndi İcevan – Noyamberyan avtomobil yolu üzərində yerləşdiyindən düşmən gələcəkdə daha rahat hərəkət etməsi üçün bu kəndin işğalı xüsusi plan əsasında həyata keçirilib. Qeyd edək ki, 600 nəfər əhalisi olan Bağanis Ayrım kəndi Qazaxın Aşağı Əskipara, Quşçu Ayrım, Xeyrimli və Məzəm kəndləri ilə həmsərhəddir. Əhalisi əsasən əkinçilik və  maldarlıqla məşğul olan kəndin əsrarəngiz təbiəti, saysız-hesabsız bulaqları olub. indi Bağanıs Ayrım kəndindən məcburi köçkün həyatı yaşayan insanlar Qazax rayonunda müxtəlif yerlərdə məskunlaşıblar.

Kəndlərinin işğalının 19-cu ilini yaşayan Bağanıs Ayrımlılar daha bir yazı yurd-yuvalarından kənarda keçirməli oldular.

Leave a Reply