Qazax Information Center

Yeni WordPress Saytı

Qazax Dövlət Dram Teatrı

Aprel 14, 2010 94 views By: qazax Category: Qazax İnfo

Qazax Dövlət Dram Teatrı ilk dəfə yerli müəllifin əsərinə müraciət edib. Teatrın direktoru Aqif İsgəndərovun sözlərinə görə, 1989-cu ildən fəaliyyətə başlayan teatr mövsümə yeni yaradıcılıq ideyaları ilə start verib ki, bunlardan biri də qazaxlı Heydər Qasımlının “Akademik kürəkən” əsəridir. İkihissəli tamaşa şəklində təqdim edilən səhnə əsəri mövsümün ilk yeni tamaşasıdır.

Teatr direktorunun sözlərinə görə, əsərin süjet xəttini əyalətdə sosial zəmində baş verən gerçəklər təşkil edir. Neqativ halların özünəməxsus satirik üslubda qələmə alındığı əsərə Musa Eyyubov quruluş verib. Tamaşanın rəssamı isə Afiq Məmmədovdur.

Həmsöhbətim bu mövsümdə məşhur yazıçıların əsərlərini səhnələşdiriləcəyini bildirib. Məqsəd isə geniş auditoriyanı teatra cəlb etməkdir:

“Yeniliklərdən biri budur ki, biz ilk dəfə yerli dramaturqun əsərinə müraciət etdik. Hazırda bir sıra ədiblərin əsərləri üzərində çalışırıq. Bu mövsüm repertuarda əsl çevriliş olacaq. Yeni tamaşaları festivallara da çıxarmağı düşünürük”.

Sonda öyrəndik ki, aktyor truppası hazırda Orxan Kamalın “Yad qızı”, Nəcəf bəy Vəzirovun “Ağakərim xan Ərdəbili” əsərlərinin stolüstü məşqlərini aparır.

Tags: , Qazax Dövlət Dram Teatrı, teatr

Leave a Reply