Qazax Information Center

Yeni WordPress Saytı

Qayıbov Hüseyn Yusif oğlu

İyun 23, 2010 116 views By: qazax Category: Şairlər və Yazıçılar

1830-1917
Qayıbov Hüseyn Yusif oğlu 1830-cu il mayın 24-də Salahlı kəndində
ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşlarında
valideynlərini itirdiyindən əmisinin himayəsində boya-başa çatmışdır.
İbtidai təhsilini doğma kəndində müdərris Məhəmməd Əfəndinin
məktəbində almışdır. Burada ərəb və
fars dillərini, klassik şərq ədəbiyyatını mükəmməl öyrənmişdir.
Həmin məktəb müdərrisinin köməkçisi olmuşdur (1830-1847).
H.Qayıbov Tiflis Müsəlman Məktəbinə şərq dilləri müəllimi vəzifəsinə
dəvət olunur (1858). Eyni zamanda o,
(Kadet korpusu) məktəbində işləmişdir (1860-1870). Tiflis ədəbi mühiti
və M.F.Axundovla şəxsi dostluq əlaqələri onun
dünya görüşünə ciddi təsir göstərmişdir. Qafqaz Arxeologiyə
Komissiyasının üzvü olmuşdur (1864-1886). Azərbaycan şifahi xalq
ədəbiyyatının, klassik ədəbi irsin toplanmastında və  nəşrində böyük əmək sərf etmişdir. Zaqafqaziya
sünni-məzhəb ruhani idarəsinin katibi,
eyni zamanda müsəlman məktəbinin nəzarətçisi (1872-1873), Zaqafqaziya
(Qori) Müəllimlər Seıninariyasınm tatar (Azərbaycan) şöbəsində şəriət
və Azərbaycan dili
müəllimi (1879-1884) olmuşdur. Sonra Qafqaz müftisi təyin edilmişdir
(1884-1917). Ədəbi fəaliyyətə XIX əsrin axırlarında başlamışdır.
“Məcmuə” (atalar sözü, zərb-məsəl və
tapmaca toplusu) və “Azərbaycanda məşhur olan şüəranın
Əcşarına məcmuədir” (XVIII-XIX əsrlərdə
yaşayıb-yaratmış Azərbaycan şairlərinin poeziyasmdan nümunələr)
kitabını (təzkirəsini) toplayıb tərtib etmişdir. Dörd hissədən ibarət
olan həmin təzkirənin birinci, ikinci və üçüncü hissələri
kitab şəklində nəşr ediimişdir. “Şərqi-Rus”, “Səda”, “İrşad”
qəzetlərində (1903-1912), “İşıq” jurnalında (1912) felyeton və publisist
məqalələri dərc olunmuşdur.
1917-ci il fevralın 20-də Tiflis şəhərində vəfat etmişdir.

Leave a Reply