Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

OSMAN SARIVƏLLİ

İyun 08, 2010 543 views By: qazax Category: Məşhurlar

Qurbanov Osman Abdulla oğlu  1905-ci il dekabrın 17-də Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan bir müddət sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bağır – kənd məktəblərində müəllim işləmişdir. Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur.
1937-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi.

Bakı Pedaqoji texnikumunda müəllim (1932-1935), Bakı Teatr texnikumunda müdir (1939-1940), Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, «Ədəbiyyat qəzeti»nin redaktoru, Uşaqgəncnəşrdə redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləmişdir.

1990-cı il iyulun 3-də vəfat etmişdir.Doğma kəndində dəfn olunmuşdur..

Yaradıcılığı:

Osman Sarıvəlli ədəbi yaradıcılığına 1928-ci ildə başlamışdır. Həmin ildə “Gənc işçi” qəzetində “Ayaqsız” adlı ilk şeiri çap olunmuşdur. Osman Sarıvəllinin “Dəmir sətirlərim” adlanan birinci kitabı 1934-cü ildə çap olunmuşdur.

Kitabları:


Bənövşə 1940
Gətir, oğlum, gətir 1943
Gənclik eşqi 1946
Bahar çiçəkləri 1949
Yeni dünyanın qapısı 1950
İqlimdən-iqlimə 1963
Sabahı yaradanlar 1970
Seçilmiş əsərləri (üç cilddə) 1971-1975
Hər kim yüz il yaşamasa 1976
Mən sabaha gedirəm 1979
Kür qırağında 1987

Leave a Reply