Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Mürsəl Həkimov

İyun 01, 2010 115 views By: qazax Category: Fexrlerimiz

Həkimov Mürsəl İsmayıl oğlu – ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri doktoru (1986), professor (1989).

Mürsəl Həkimov 1929-cu il mayın 20-də Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.

Burada kənd orta məktəbini bitirdikdən sonra Qazax ikiillik Müəllimlər İnstitutunda təhsil almışdır (1947-1949). Əmək fəaliyyətinə Qərbi Azərbaycanın Göyçə rayonu Babacan kənd məktəbində müəllim kimi başlamışdır. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1950-1953). Marneuli rayonu Aşağı Saral kənd orta məktəbində müəllim olmuşdur (1953-1955). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-fılologiya fakültəsində təhsilini davam etdirmişdir (1955-1960). “Aşıq Hüseyn Cavanın həyat və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1965). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan və dünya ədəbiyyatı kafedrasında laborant, müəllim, baş müəllim, dekan müavini olmuşdur (1960-1989). Hazırda universitetdə professor kimi “Dədə Qorqud” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir, eyni zamanda elmi-pedaqoji fəaliyyətini davam etdirir (1989-cu ildən). “Orta əsrlər Azərbaycan aşıq yaradıcılığı” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1986). Ədəbi-elmi fəaliyyətinə tələbəlik illərindən başlamışdır. Əsərləri dövri mətbuatda, toplu və almanaxlarda çap olunmuşdur. SSRİ Folkloristlər Cəmiyyətinin Azərbaycan folklorşünaslıq qurumunun təmsilçisi (1977-1992), Türkiyə Atatürk Kultur Dil və Tarix yüksək qurumunun üzvü olmuşdur (1988-ci ildən).

Mürsəl Həkimovun elmi və pedaqoji fəaliyyəti 100 elm əsərdə öz əksini tapmışdır. Onun 15 iri həcmli monoqrafiyası və kitabları, 4 toplu və almanaxı, həmmüəllif olduğu 3 kitabı çap olunmuşdur.

Mürsəl Həkimov bir neçə namizədlik və iki doktorluq dissertasiyasına rəhbərlik və opponentlik etmişdir.

Əsərləri
1. Azərbaycan şifahi xalq ədəbiyyatından xüsusi kurs. Bakı: APİ nəşriyyatı, 1975, 96 səh.
2. Azərbaycan klassik aşıq yaradıcılığı. Bakı: APİ nəşriyyatı, 1982, 87 səh.
3. Azərbaycan aşıq ədəbiyyatı. Bakı: Yazıçı, 1983, 240 səh.
4. Aşıq şerlərinin növləri. Bakı: APİ nəşriyyatı, 1987, 80 səh.
5. Xalqımızın deyimləri və duyumları. Bakı: Maarif, 1988, 390 səh.
6. Bayatılar. Bakı: APİ nəşriyyatı, 1991, 101 səh.
7. Oğuz-tərəkəmə xalq mərasimləri və meydan tamaşaları. Bakı: Maarif, 1997, 333 səh.
8. Dədə Qorqud – 1300. Bakı: ADPU nəşri, 2000, 40 səh.
9. Demə Səməd Vurğun gəldi-gedərdi. Bakı: ADPU nəşri, 1998, 83 səh.
10.Azərbaycan aşıq şer şəkilləri və qaynaqları. Bakı: Maarif, 1999, 375 səh.
11.Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 135 səh.
12.Bozqurd-kultum mənim, Türk eli yurdum mənim. Bakı: Yeni nəsil, 2001, 333 səh.


Filmoqrafiya
Koroğlu (2003)



Leave a Reply