Qazax Information Center

Yeni WordPress Saytı

Molla Pənah Vaqif

May 28, 2010 1. 176 views By: qazax Category: Məşhurlar

Molla Pənah Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində anadan olmuşdur. Atası Mehdi ağa nüfuzlu adam idi. Müəllimlərindən biri də   Şəfi əfəndi olmuşdur. 

Adı Pənah, təxəllüsü Vaqifdir. Hörmətli şəxs olduğu üçün Molla adlandırılmışdır. Mollaxana təhsilini bitirdikdən sonra Vaqif həm müəllimlik etmiş, həm də aşıq şeiri üslubunda «Vaqif» təxəllüsü ilə şeirlər yazmağa dəvət etmişdir.

XVIII əsr Gürcüstan sərhəddindəki münaqişələr bir sıra ailələr kimi, onun da ailəsinin oradan köçməsini zəruri edir. Onlar əvvəl Gəncəyə, sonra Qarabağa, oradan da xanlığın mərkəzi olan Şuşa şəhərinə köçürlər.

Vaqif iki arvad alıb. Birinin adı Qızxanım, o birininki Mədinə olub. Qızxanım Durbənd bəyin qızı idi və gənc yaşlarında özündən çox-çox yaşlı olan Vaqifə ərə getmişdi. Xalq arasında onun qeyri-adi gözəlliyi barədə rəvayətlər dolaşırdı. Vaqifin bir oğlu, iki qızı olub. Onların hamısı Mədinə xanımdan olmuş uşaqlar idilər. Oğlunun adı Əliağa idi, “Alim” təxəllüsü ilə şerlər yazmış və yetkin çağlarında qətlə yetirilmişdi.

İbrahim xan Vaqifi saraya dəvət edir, onu əvvəl eşikağası, sonra isə baş vəzir təyin edir.

Vaqif saraya düşdükdən sonra özü sünni olsa da, xanın inandığı şiə məzhəbini qəbul edir. Birinci vəzir olduqdan sonra xanlığın xarici siyasətinə rəhbərlik edib. O vaxt Azərbaycanda vəziyyət çox gərgin və mürəkkəb idi. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra, bəlkə hələ bir az da əvvəl Azərbaycanda müstəqil xanlıqlar yaranmışdı. Az bir müddət ərzində Şəki, Qarabağ, Gəncə, Quba kimi Azərbaycan xanlıqları beynəlxalq miqyasda tanınmağa başlayırlar.

Vaqif Vidadi, Hüseyn xan Müştaq, Ağqız oğlu Piri kimi şairlərlə dostluq etmişdir. Onun ən yaxın dostu isə heç şübhəsiz, həmyerlisi və bəzi mənbələrə əsasən, uzaq qohumu Vidadi olub. Vaqif öz qızlarını Vidadinin oğlanlarına ərə vermişdir. Onların müşairəsi (şerləşməsi) hər iki şairin yaradıcılığında mühüm yer tutur

Vaqif Molla Vidadi ilə məşhur «Ağlarsan» adlı deyişməsi var. Vaqif nikbin, Vidadi isə bədbin insan idi.

Gürcüstan və Rusiya ilə Qarabağ xanlığının siyasi münasibətinin yaxşılaşdırmaq məqsədi ilə Tiflisə səfərə getmişdir. İranın siyasi, hərbi təzyiqlərinə qarşı fəal müqavimət göstərmişdir.

1795-ci ildə Ağa Məhəmməd şah Qacarın İbrahim xana göndərdiyi «Fələyin mancanağından fitnə daşları yağır, sən isə əbləhcəsinə şüşə içərisində oturmusan»- məktubuna Vaqif belə cavab yazır: «Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşənəi daş içərisində də salamat saxlar».

Qacar bundan qəzəblənib Şuşaya hücum edir, qalanı 33 gün mühasirədə saxlayır. Amma ala bilmir. Qacar 1797-ci ildə Qarabağ xanlığını cəzalandırmaq üçün yenidən Qarabağa hücum edir. İbrahim xan Balakənə qaynının yanına qaçır, Vaqif isə Şuşada qalır.

Şair həbs edilərək zindana salınır. Lakin Qacar öldürülür, İran qoşunu geri çəkilir. Vaqif həbsdən azad edilir. Məhəmməd bəy Cavanşir hakimiyyəti ələ alır.

1797-ci ildə Vaqifi oğlu Əli bəylə birlikdə edam etdirir. Vaqifin evi talanmış, əlyazmaları itmışdır.

Vaqif şərq poeziyasının bütün klassik formalarından istifadə edib. O, qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, müşairə, məsnəvi və mərsiyələr yazıb. Ancaq onun yaradıcılığının böyük bir qismi, aşıq poeziyasından götürülmüş qoşma növündə yazılmış şerlər təşkil edir. Həmin şerlərin dili xalqın canlı danışığına çox yaxındır. Vaqif ərəb və fars mənşəli sözlərdən bacardıqca az istifadə etmişdir.

Leave a Reply