Qazax Information Center

Yeni WordPress Saytı

İNCƏDƏRƏSİ QIZLARI

Aprel 15, 2010 151 views By: qazax Category: Şer

Sevdirir hər an özünü,
Süzür o qara gözünü.
Deyir, hər an xoş sözünü,
İncədərəsi qızları.

Qazax gözəlidir onlar,
Elin əzəlidir onlar.
Şair qəzəlidir onlar,
İncədərəsi qızları.

Sərin bulaq üstə enən,
Xəyalla alışıb, dönən.
Bəxt ulduzu yanıb, sönən,
İncədərəsi qızları.

Dostluqda saf vəfalıdır,
Könlü coşqun, səfalıdır,
Etibarlı, cəfalıdır,
İncədərəsi qızları.

Uymaz özgə şirin dilə,
Kəmər taxar incə belə,
Sevilər obaya-elə,
İncədərəsi qızları.

Uzun hörüklü teli ilə,
Zəhmətsevər öz əli ilə,
Öyünər Qazax eli ilə,
İncədərəsi qızları.

Aslanbəyli çiçəkləri,
Qaymaqlının göyçəkləri,
Kəmərlinin ləçəkləri,
İncədərəsi qızları.

(müəllif:Sevinc İncəli)

Leave a Reply