Qazax Information Center

Yeni WordPress Saytı

İlhamiyyə Rzayeva

İyul 01, 2010 137 views By: qazax Category: Məşhurlar, Qazax İnfo

Jurnalist.  Televiziya aparıcısı ( Prodüser. Rejissor.Kino redaktoru.)

İlhamiyyə Rzayeva Faiq qızı 26 mart 1967-cı ildə Qazax rayonunda anadan olub.1974-cü ildə Bakı şəhəri Nəsimi rayonu 42 saylı orta məktəbə gedib.1984-cü ildə orta məktəbi bitirib.Həmin ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.Burda beş il təhsil alıb.Axırıncı kursda oxuyarkən  Diplom müdafiəsi üçün işləmiş , eyni zamanda Nadir Nəsibovun təklifi ilə “Молодежь Азербайджан “ qəzetində ştatdan kənar müxbir olaraq əməkdaşlıq edib.Bu hadisə İlhamiyyə Rzayevanın Jurnalistikaya gəlişinə səbəb oldu.İlk yazıları Rus dilində bu qəzetdə çıxdı.Universiteti bitirdikdən sonra dövlət Teleradiosunda işə başlamış.Bir ay iş fəaliyyətindən sonra Dövlət televiziyasının xəbərlər redaksiyasında çalışması üçün təklif almışdır.Redaksiyanın Ən gənc müxbiri olub.Sonralar ABA,Lider, Space ( Gecə kanalı ) telekanalında çalışmışdır.” Gündəlik Azərbaycan”,”525”,”Azadlıq”,”Bizim Yol”,” Zerkalo”,  qəzetlərində məqalələri dərc olunub.

100-dən artıq məqalələrin müəllifidir.Azərbaycan Media Mərkəzi İdarə Heyətinin Sədridir.“H.Zərdabi”Jurnalistika Milli mükafatı və digər mükafat ,sertifaktlara layiq görülmüşdür.Bir çox nüfuzlu Jurnalistika müsabiqələrinin  Münsiblər heyətinin üzvüdür.Hal hazırda Ekspert Jurnalist və Təlimçi kimi fəaliyyət göstərir.İndi SOS. Uşaq Kendleri Azerbaycan  Assosiasiyasında  Fandreyzing və İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis vəzifəsində çalışır.

“Gecə Kanalı ” adlı bir kitabin muellifdir.

Yazıçı, şair, publisist  Həmid Herisçinin həyat yoldaşıdır.Bir Övladı var.

Filmoqrafiya

  1. Ağ Dünya (1995)

  2. Bala-Başa Bəla! (1995)

  3. Beşmərtəbəli Evin Altıncı Mərtəbəsi (1996)

  4. Fatehlərin Divanı (1997)

  5. Körpü (2003)

  6. Qayalarda Qalan Səs (1995)

  7. Qayıdış (1993)

  8. Nigarançılıq (1998)

  9. Ömürdən Uzun Gecə (1996)

  10. Salur Qazanın Evi Talandığı Boy (2001)

  11. Yaşıl Eynəkli Adam-2 (1999)

  12. Yurd Yeri (1997)

Tags: İlhamiyyə Rzayeva

Leave a Reply

Cavabı ləğv etmək üçün tıklayın.