Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

İbrahim Nəbioğlu

May 18, 2010 483 views By: qazax Category: Fexrlerimiz, Məşhurlar

İbrahim Nəbioğlu (İbrahim Nəbi oğlu Yaqubov) 1961-ci il oktyabr ayının 24-də  ziyalı ailəsində doğulub.

1978-ci ildə 45 N-li orta məktəbdən məzun olmuş və elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuşdur.

1983-cü ildə bu institutun ‘’Tətbiqi riyaziyyat’’ kafedrasını ‘’mühəndis-riyaziyyatçı’’ ixtisası üzrə qırmızı diplomla bitirərək, təyinatla Yeni Bakı Neftayırma zavodunun Hesablama mərkəzində çalışmağa başlamışdır.

1986-cı ildə aspiranturanın əyani şöbəsinə qəbul olmuşdur. Elmi rəhbəri akademik Azad Mirzəcanzadənin rəhbərliyi altında Moskva və Ufa şəhərlərində bir-sıra elmi araşdırmalar aparmış, 1989-cu ildə namizədlik dissertasiyasını müdafiə edərək, elmlər namizədi alimlik dərəcəsini almışdır. 40-a yaxın elmi məqalənin müəllifidir.

1990-91-ci illərdə Türkiyənin ‘’Milliyət’’, ‘’Zaman’’ və b. qəzetlərində çap olunmağa başlamışdır.

1991-ci ildə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan-Türk müştərək TV kanalını qurmuş və onun Baş direktoru vəzifəsində çalışmışdır.

1993-2003-cü illər arasında Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə Təmsilçisi olub. Bununla bərabər 1994-cü ildən BBC-nin Orta Asya və Qafqaz, habelə Rus xidmətlərinin Türkiyə üzrə müxbiri olaraq da fəaliyyət göstərmişdir.

1994-97-ci illərdə ‘’Avrasıya’’, 1997-2001-ci illərdə isə ‘’Panorama’’ qəzetlərinin köşə yazarı olmuş, ‘’Zerkalo’’, ‘’Ayna’’, ‘’Şərq’’ qəzetləri ilə əməkdaşlıq etmişdir.

Yerli və xarici mətbuatda yüzlərlə məqalənin müəllifi, 20-dən çox sənədli filmin senari müəllifi və redaktoru olmuşdur. Osman Mirzəyev, Həsən Bəy Zərdabi mükafatları laureatı, 2003-cü ildə ‘’Türkiyədə İlin Jurnalisti’’ adına layiq görülüb.

2003-cü ilin mart ayından Heydər Əliyevin fərmanı ilə Azərbaycanın İstanbuldakı Baş Konsulu vəzifəsinə təyin edilmişdir.

2004-cü ildən isə paralel olaraq Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Daimi Təmsilçisi olmuşdur.

2006-cı ildən mərkəzi İstanbulda olan Palmali Şirkətlər Qrupunda vitse-prezident olaraq çalışır.

Fövqəladə və Səlahiyyətli Elçi diplomatik ünvanına sahibdir.

1995-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.


Evlidir, 3 övladı var.


Leave a Reply