Qazax Information Center

Yeni WordPress Saytı

Hüseyn Arif

May 22, 2010 858 views By: qazax Category: Fexrlerimiz

Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif)- şair – 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1971-ci ildə “Qızıl oraq” mükafatı larureatı, 1978-ci ildə Azərbaycan Dövlət Mükafatı laureatı 1989-cu ildə isə Azərbaycanın Xalq şairi adına layiq görülmüşdür.

1924-cü il iyunu 15-də Azərbaycanın Ağstafa rayonunun Yenugün kəndində anadan olmuşdur. Ağstafa şəhər yeddiillik məktəbini bitirdikdən sonra 1937-1940-cı illərdə Bakı Pedaqoji Məktəbində təhsil almışdır.

Əmək fəaliyyətinə 1940-1942-ci illərdə Tovuz şəhər orta məktəbində müəllim kimi başlamışdır. İkinci dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində Polşa, Çexoslovakiya və Almaniya ölkələrində olmuş, yaralanmış, müalicə olunandan sonra Moskva Hərbi mühəndislik məktəbinə göndərilmişdir.

1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olmuşdur. Sovet ordusu sıralarından tərxis edildikdən sonra 1946-1951-ci illərdə ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır.

1951-1952-ci illərdə Moskvada M.Qorki adina Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. Bədii yaradıcılıqla məşğul olmaq üçün müəyyən fasilələrə yol versə də, 1957-1959-cu illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri 1965-1967-ci illərdə Azərnəşrin bədii ədəbiyyat redaksiyasında böyük redaktor,

1967-1968-ci illərdə “Gənclik” Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri,

1980-1982-ci illərdə Azəebaycan Mədəniyyət Nazirliyinin Mədəni Maarif idarəsində repertuar redaksiya kollegiyasıın üzvü olmuşdur.

1982-ci ildən Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində işləmişdir. 1991-ci ildə Azəebaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına GəncTamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.

Əsərləri:

1. Yeni həyat yollarında (şerlər), B., Azərnəşr, 1950, 45 səh., 3.000 nüs.
2. Mən sülhə səs verirəm, B., Azərnəşr, 1951, 31 səh., 4.000 nüs.
3. Rus dili müəlliməsi (şerlər), B., Uşaqgəncnəşr, 1954, 52 səh., 7.000 nüs.
4. Məhəbbət nəğmələri, B., Azərnəşr, 1956, 22 səh., 5.000 nüs.
5. Dostluq telləri (şerlər), B., Uşaqgəncnəşr, 1960, 80 səh., 7.000 nüs.
6. Yolda (poema), B., Azərnəşr, 1962, 111 səh., 10.000 nüs.
7. Ömür çeşməsi, B., Azərnəşr, 1963, 112 səh., 8.000 nüs.
8. Sibir töhfələri (şerlər), B., Azərnəşr, 1964, 56 səh., 10.000 nüs.
9. Torpaq eşqi, B., Azərnəşr, 1964, 84 səh., 7.000 nüs.
10. Yollar və xatirələr, B., Azərnəşr, 1966, 334 səh., 15.000 nüs.
11. Duru göl əfsanəsi, B., Gənclik, 1969, 74 səh., 9.000 nüs.
12. Seçilmiş əsərləri (şerlər və poemalar), B., Azərnəşr, 1969, 230 səh., 10.000 nüs.
13. Bahar gələndə, B., Azərnəşr, 1969, 120 səh., 7.000 nüs.
14. Sən mənimlə get, B., Gənclik, 1970, 248 səh., 6.500 nüs.
15. Söylə, yadındamı? B., Gənclik, 1972, 205 səh., 25.000 nüs.
16. Qocalan deyiləm, B., Gənclik, 1978, 351 səh., 10.000 nüs.
17. Seçilmiş əsərləri (iki cilddə), I c., B., Azərnəşr, 1975, 300 səh., 25.000 nüs.
18. Seçilmiş əsərləri (iki cilddə), II c., B., Azərnəşr, 1975, 283 səh., 25.000 nüs.
19. Ömür gözəlsə, B., Gənclik, 1978, 351 səh., 10.000 nüs.
20. Şamxor su-elektrik stansiyası (şerlər), B., İşıq, 1979, 24 səh., 4.000 nüs.
21. Ömür deyir (şerlər), B., Gənclik, 1981, 138 səh., 15.000 nüs.
22. Ayrı düşəli (şerlər), B., Gənclik, 1983, 280 səh., 10.000 nüs.
23. Dilqəm (şerlər və poemalar), B., Yazıçı, 1984, 240 səh., 12.000 nüs.
24. Seçilmiş əsərlər (2 cilddə), I c., B., Yazıçı, 1985, 408 səh., 15.000 nüs.
25. Seçilmiş əsərlər (2 cilddə), II c., B., Yazıçı, 1985, 252 səh., 15.000 nüs.

Leave a Reply