Qazax Information Center

Yeni WordPress Saytı

Hacı Mahmud Əfəndi Qarani

Sentyabr 08, 2010 316 views By: qazax Category: Qazax İnfo

Насı  Mahmud Əfəndi həzrətləri 1835-ci ildə Aslanbəyl kəndində anadan olub. Atasının adı Veysdir. Kicik yaşlannda atası dünyasını dəyişib. Soykökü  Peyğəmbərimizin dostu, Veys Əl-Qarani həzrətlərinə gedib çıxır. Təhsilini bir müddət Azərbaycanda aldıqdan sonra Osmanlıda Amasiya şəhərində Seyid Mir Həmzə Nigari həzrətlərinin yanında tamamlayıb.Nigari həzrətlərinin seçkin xəlifələrindən biri olub. Nəqşibəndi silsiləsində, altun silsilədə 33-cü şeyxdir.Seyyid Mir Həmzə Nigarinin Hacı Mahmud Əfəndinin səyləri nəticəsində Borçalı, Qarabağ və Qazax bölgəsindən minlərlə müridi olmuşdur. Hacı Mahmud Əfəndi insanlar tərəfindən çox sevilirdi. O, insanlann mənəvi və maddi müşküllərinin həll edilməsinə vasitəçi olurdu. Ruslara qarşı mübarizədə Dağıstandakı müridizm hərakatına köməklik etdiyinə görə çar Rusiyası tərəfindən iki dəfə həbs edilib.Hacı Mahmud Əfəndinin müəllimi Mir Həmzə Nigari və Şeyx Şamiil hər ikisi İsmayıl Şirvani həzrətlərindən dərs alıblar. Hacı Mahmud Əfəndinin öz dövründə və dünyasını dəyişdikdən sonra minlərtə sevənləri və ziyarətçiləri olub. Hacı  Mahmud Əfəndi Azərbaycandakı müridlərdən toplanan yardımlarla Amasiya şəhərində  Seyyıid Mır Həmzə Nigari həzrətlərinin qəbrinin üstünə türbə, yanında da məscid (Şirvanlı məscidi) tıkdirmışdır. Hacı Mahmud Əfəndi 1896-cı ildə Aslanbəyli kəndində dünyasını dəyişib. Vəsıyyətınə uyğun olaraq yaxın dostu Seyid Yasin Xocanın yanınƏa dəfn edilib.

Hacı Mahmud Əfəndinin soy kökü

Veysəl Qarani soyundan əmələ gəlmiş qədim Qaranilər nəsli iki
qola ayrılır. Onlardan biri ulu babalarının adı qoyulan Veysəl
Qarani(Hacı Mahmud Əfəndinin atasıdır) və ikincisi Əhməd Qaranidir. Veysəl Qaraninin 3 uşağı olub.
Onlardan birincisi Məhəmməd, ikincisi Fatma, üçüncüsü Hacı
Mahmud Əfəndidir
Veysəl Qaraninin birinci oğlu Məhəmmədin Topal, Həkim və
Abdulla adlı 3 oğlu və Mələk adlı bir qızı olub. Topalın Alı, Həmid,
Soylü, Pəri, Xədicə adlı uşaqları olub. Məhəmmədin oğullarından
Həkimin 3 uşağı olub. Onlardan biri Nəbi adlı oğlan, 2-si isə Fatma
və Nəbilə adlı qızlardır.Məhəmmədin qızı Mələyin Əhməd, Kazım, İbrahim adlı 3 oğlu olub. Veysəl
Qaraninin oğullarından Hacı Mahmud Əfəndi ulu babalarına layiq
alim, görkəmli din xadimi olmuşdur. Onun çox böyük şəcərəsi var.
Veysəl Qaraninin ikinci uşağı qızı Fatmadır. Fatmanın Ayişə adlı
bir qızı və İsmayıl adlı bir oğlu olub. Ayişənin uşaqları Ismayıl
Abdulla, Balaqız, Hənifə və Xədicədir. İsmayılın uşaqları isə Alı,
Xədicə, Niyar və Fatmadır.

Xəlifə Hacı Mahmud Əfəndi və onun türbəsi

Aslanbyəli kəndini şöhrətləndirən səbəblərdən biri də Hacı
Mahmud Əfəndi və onun türbəsi olmuşdur. Türbə hal-hazırda tarixi
abidə kimi qorunur. Onun divarına dövlət tərəfindən qorunması
barədə lövhə vurulmuşdur. Pedaqoji Elmlər namizədi R.Hüseynovun
tərtib etdiyi Azərbaycanın tarixi abidələrini göstərən uşaqlar
üçün tərtib olunmuş xəritədə Hacı Mahmud Əfəndinin türbəsinin
adı və şəkli vardır. Bu türbə haqqında xalq şairi Mirvarid Dilbazi,
Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü
Teymur Bünyadov, Osman Uçakın yazıları getmiş və müridizm ilə
əlaqədar Azərbaycanda və Dağıstanda çıxan kitab və qəzetlərdə
onun adı çəkilmiş, həyatı və fəaliyyəti barədə müəyyən məlumatlar
verilmişdir. Bu türbənin tarixi haqqında bir balaca arayış vermək
istəyirəm.
Ağızdan-ağıza gəzən və bizim zəmanəyə qədər gəlib çıxan
rəvayətə görə Hacı Mahmud Əfəndinin ulu Babaları Yəməndən
gəlmişdir. Deyilənə görə VII əsrdə ərəblər Azərbaycanı istila
edərkən, Ərəb ordusunun başçısı Osman türk mənşəli Veysəl
Qaranı adlı bir alim və din xadimini özü ilə bərabər məsləhətçi kimi
gətirmişdir. Ərəb orduları geri çəkilərkən Veysəl Qaranı xəstələnir
və Azərbaycanda qalır. O, Ağdaşın Taxey və Sileyli kəndlərində
məskunlaşır. Hal-hazırda Qazax rayonunun Aslanbəyli kəndində,
Ağdaş, Türkiyə, İran və Özbəkistanda da Veysəl Qaranı qəbirləri
vardır. Məlum olduğu kimi müsəlman aləmində ata adı uşaqlarına,
nəvə, nəticə və kötücələrinə verildiyindən Veysəl Qaranı adı
yenidən dirçəlmişdir. Veysəl Qaranı nəslinin törəmələri Şərqin
müxtəlif bölgələrinə mühacirət etdiklərindən bu ölkələrdə Veysəl
Qaranı adı, qəbir, ziyarətgahı və türbələrinə də rast gəlmək olur.
Veysəl Qaraninin soy kökünün adı məşhur türk şairi Yunis İmrənin
və Xaqaninin əsərlərində də çəkilir. Veysəl Qaraninin bir qolu da
Qazax rayonunun Aslanbəyli kəndinə gəlib çıxmış və burada
əsaslanmışdır. Hal-hazırda Aslanbəylidə Veysəl Qaranı qəbri var və
bu nəsildən törəyənlərə də Qaranallılar demişlər. Aslanbəylidəki
Veysəl Qarani Xəlifə Hacı Mahmud Əfəndinin atasıdır. Hacı
Mahmud Əfəndi 1835-ci ildə anadan olmuş və 1891-ci ildə vəfat
etmişdir. Atasından ərəb, fars dillərini mükəmməl öyrənən Hacı
Mahmud Əfəndi öz üzərində qətiyyətlə işləmək nəticəsində İslamın
tarixini, dini təriqətlərin уa- ranması ilə tanış olmuşdur. O, yüksək
təhsil almaq üçün о zaman dini mərkəz hesab edilən Şəkiyə gedir və
bir neçə il orada oxuyur. Şəkidə təhsilini tamamlayıb qayıtdıqdan
sonra o, Veysəl Qaraninin tikdirdiyi balaca bir otağın yerində iki
gözlü, iki mərtəbəli ev və bu evdən əlavə kənd uşaqlarını oxutmaq
üçün bir otaqlı hücrə tikdirir. Bu hücrə Aslanbəyli kəndində ilk
təhsil müəssisəsi olur. Beləliklə Aslanbəyli kəndində elmə, təhsilə
olan marağın əsası da Наcı Mahmud Əfəndi tərəfindən
qoyulmuşdur. Xatirələrdən məlum olurki, Hacı Mahmud Əfəndi
kənddə molla, müəllim, həkim, aqranom həm də yerli camaatın
məsləhətçisi olmuşdur. О yetimlərə, kimsəsiz, imkansızlara əl
tutmuş, onları öz yanında saxlayıb, təmənnasız dərs deyib
oxutmuşdur. Hacı Mahmud Əfəndi Şəkidən qayıtdıqda sonra
Seyidli nəslindən olan Molla Əhmədin qızı Səyalı ilə evlənir. Onun
Səyalıdan Veys adlı bir oğlu olur. Veys Əfəndi sonralar Türkiyəyə
köçmüş və orada görkəmli din xadimi olmuşdur. Türkiyə

Amasiyanın tarixi kitabında onun adı da çəkilir. Veys Əfəndi 6

aylıq olarkən yaylaqda anası vəfat edir. Veysə Hacı Mahmud
Əfəndinin əmisi qızı Zöhrə baxıb böyüdür. Hacı Mahmud
Əfəndinin həyatında yeni bir hadisə baş verir. Aslanbəyli kəndinə
Həmzə Seyid Nigari adlı aqil bir adam gəlib çıxır. Həmzə Nigari
əslən Qarabağın cicimli kəndindəndir. Ilk təhsilini Qaraqaş
kəndində Mahmud Əfəndi adlı bir alimdən almış və sonra Şəkiyə
gedərək Dəhnə kəndində yaşayan din xadimi Abdulla Əfəndidən
dərs almışdır. Seyid Həmzə Əfəndi Nəqşibənd təriqəti ilə tanış
olmuş və onun qızğın tərəfdarlarından biri olmuşdur. О öz ətrafına
bu təriqətə sadiq olan müridlər toplamaq məqsədilə Azərbaycanın
müxtəlif qəza və kəndlərini gəzmişdir. O, Qazağm Musagöy,
(Xanlıqlar) kəndindən özünə çoxlu tərəfdarlar toplayır. O, artıq bu
zaman bir din xadimi kimi şöhrətlənən Hacı Mahmud Əfəndi ilə
görüşmək üçün Aslanbəyliyə gəlir. Hacı Mahmud Əfəndi ilə
söhbətdən məmnun qalan Seyid Nigari, onun mərifətli, əqidəli iman
sahibi olduğunu görüb, bu günlərdə Türkiyəyə gedəcəyini və onun
gəlib orada təhsil almasını məsləhət görür. Türkiyəyə gedən Seyid
Nigari əvvəlcə Amasiya şəhərində məskunlaşır və orada Nəqişbənd
təriqətinə başçılıq edir. Seyid Nigarinin məsləhətini qəbul edən Hacı
Mahmud Əfəndi Türkiyədə Seyid Nigarinin rəhbərliyi altında
təhsilini başa vurur. Наcı Mahmud Əfəndi yüksək təlim
müvəffəqiyyəti göstərərək yeddi nəfərlə birlikdə Xəlifəlik adına
layiq görülür. Onlar aşağıdakılar idi. Qazi Osman Əfəndi, Hacı
Zəkəriyyə Əfəndi, Hacı Mustafa Əfəndi, Hacı Teyyub Əfəndi, Hacı
Mustafa Əfəndi (1-ci Mustafa Talievali, ikincisi isə Ərzurumludur),
Postlu Hacı Mahmud Əfəndi və nəhayət Aslanbəyli Hacı Mahmud
Əfəndi. Hacı Mahmud Əfəndi Aslanbəyliyə qavıtdıqdan sonra
Həccə gedib Hacı adını almışdır.

Həmzə Seyid Nigarinin və Hacı Mahmud
Əfəndinin əbaları və başlarının fəsləri indi də Hacı Əfəndinin

Türkiyədəki nəvəsi Kamal Qaranidədir. Kamalın ailəsi bu əlbisaları
uzun illər məhəbbətlə saxlaya bilmişlər.Hacı Mahmud Əfəndi böyük şair, din xadimi, Ilahiyyət
müəllimi, Nəqşibənd təriqətinin başçısı Həmzə Seyid Nigarini
yüksək qiymət-ləndirərək onun xatirəsinə həsr edilmiş gözəl sənət
əsəri olan yaraşıqlı bir cami tikdirmişdir. Bu cami Amasiyada birbirindən
gözəl olan, Türkiyənin dahi adamlarının xatirəsinə tikilmiş
əzəmətli camilərin heç birindən geri qalmır. Cami şəhərin
ortasındadır. Caminin qarşısında vurulan böyük xatirə lövhəsində
onun Hacı Mahmud Əfəndi tərəfindən tikildiyi, oğulları Veys və
Məhəmməd Əfəndi tərəfindən qulluq edildiyi yazılmışdır. İnsanlar
məşhurlaşdıqca onların haqqında rəvayətlər də çoxalır. Hacı
Mahmud Əfəndi haqqında danışırlar ki, onda qeyri-adi qüvvə
olmuşdur. İndiki elmin nəticələri sübut edir ki, elə adamlar var ki,
təbiət tərəfindən ona qeyri-adi müalicə etmək, yaranı sağaltmaq,
bədənin ağrısını kəsmək, göz dəymək, əlləri ilə insan orqanizmində
olan xəstəlik nöqtələrini tapmaq kimi biotoklar verilmişdir.

Türkiyədə Həmzə
Seyid Nigari haqqında da belə bir rəvayət var və sonralar
Baba Doğranmacın Seyid Nigari haqqında məqaləsinin “Mövlanə
Mirhəmzə Nigarinin vəfatı və vəsiyyəti” (2 mart 1991-ci il Elm
qəzeti) adlı bölməsində qeyd olunub  ki, Xarputda vəfat edən Həmzə
Seyid Nigarini 1303-cü ildə Məhərrəm ayının 17-də cümə günü at
arabası ilə Amasiyaya gedən yola çıxarmışlar. Gecəli-gündüzlü 7-ci
gün Amasiyaya gəlmişlər. Mübarək cəsəd Sivasa gələndə Xalıqzadə
deyilən müşqəhid Arifi billah adlı bir şəxs müridləri ilə birlikdə bir
ocaqda oturubmuş. Birdən-birə ayağa qalxmış, bunun səbəbini
soruşanlara demiş “Bu müqəddəs insanın cənazəsi bizim tərəfdənkeçəcəkdir. Odur ki, о müqəddəs şəxsə təzim üçün ayağa qalxdım”.
О müqəddəs şəxsin kim olduğunu soruşanlara: “Bu Şeyx Hacı
Həmzə Əfəndi Həzrətləridir” – demiş. Həqiqətən də, cənazə həmən
anda Sivasdan keçmişdir. Birdə yayın istisində 7 gün yol gedən
cənazənin qoxulayacağını söyləmişlər. Ancaq Amasiyaya gələrkən
bu cəsəddən gül iyisi qoxurmuş. cəsədi müyainə edən| həkimlər
onun içərisinin çıxarıldığını zənn edərək meyiti yarmış və orada heç
bir həkim əməliyyatı olmadığını müəyyən etmişlər. Hacı Mahmud
Əfəndi də türk Həkimi Baba Doğramancın dediyi müqəddəs
şəxslərdən biri olmuşdur. Hacı Mahmud Əfəndi Qaraninin
Azərbaycan xalqı qarşısında əsas xidmətlərindən biri rus
imperiyasına qarşı apardığı ardıcıl mübarizəsi olmuşdur. О
Azərbaycanın müsəlman ölkəsi kimi şərqlə və xüsusən də Türkiyə
və türk xalqları ilə əlaqələrini möhkəmləndirməyə çalışmışdır.
Çar Rusiyası Azərbaycanın Şimal hissəsini zəbt etdikdən
sonra onun varlığına xəta gətirə biləcək şəxslərdən, rusların
müsəlmanlar arasında nüfuzunun zəifləməsinə kömək edən,
Azərbaycanı гus oriyentasiyasından Şərqə, xüsusən də Türkiyəyə
istiqamətləndirən adamlardan qorumaq məqsədilə, pullu
xəfiyyələrin köməyi ilə belə adamların kim olduğunu
müəyyənləşdirməyə başlayır. Digər tərəfdən isə Çar Hökuməti 1844
və 1852-ci illərdə İranda başlamış Babilər hərəkatından qorxuya
düşmüşdü. Bu hərəkatın əsas məqsədi istismara son qoymaq, sosial
bərabərsizliyi aradan qaldırmaq, qadınların hüquqlarını kişilərlə
bərabərləşdirmək və bir sıra başqa islahatlar aparmaq idi. О zaman
İngiltərə, Fransa və Rusiyanın ticarət yolları İrandan keçdiyi üçün
Babilər hərəkatının Rusiya müsəlmanlarına təsir edəcəyindən
qorxaraq, hökumət Rusiyanın müxtəlif regionlarında baş qaldıran
bütün təriqətlərə, о cümlədə geniş yayılmış müridizmə qarşı
mübarizəni gücləndirdi. Xəfiyyə Idarələrinə məlumat çatır ki,
Azərbaycanın qərb zonasında Hacı Mahmud Əfəndi adlı Türkiyədə
təhsil almış bir xəlifə Şeyx Şamillə əlaqə yaratmış, ona maddi
yardım göstərir və Qafqazda azadlıq hərəkatına təkan verir. Hacı
Mahmud Əfəndi doğrudan da Şeyx Şamil hərəkatının fəal
üzvlərindən biri olmuş, rusların Qafqazdan çıxması uğrunda
mübarizə aparmış, hətta Şeyx Şamili idealizə edərək ona şer də həsr

etmişdir. Təəssüfki, şerin hamısını tapa bilmədim. Zaman qəzetinin
27 may 1986-cı il nömrəsində çap olunmuş iki misranı möhtərəm
oxuculara təqdim etdirəm.

Mərdi-mərdanə о qaplan sifati Moskov ilə
Eyləmək cəngi-çodər, şiri-Dağıstana düşər.

Hacı Mahmud Əfəndinin Şeyx Şamillə əlaqəsini sübut edən bir
faktı da demək istərdim. 1950-ci ildə Bakıda M.C.Bağırov
Azərbaycan ziyalılarının növbəti vəzifələri ilə əlaqədar ideoloji
müşavirədə Şeyx Şamil hərəkatı və müridizmlə əlaqədar Hacı
Mahmud Əfəndinin adını çəkmiş, onun Türkiyə ilə əlaqədə
olmasını, Şeyx Şamilə hüsn-rəğbət göstərməsini, müridizmin
nümayəndəsi kimi pisləmişdir. M.C.Bağırovun Hacı Mahmud
Əfəndinin adını çəkməsi, о zaman onun nəvə və nəticələri üçün
sürgün, həbs, işdən qovulmaq, təqib və təhqir demək idi. Bu zaman,
Hacı Mahmud Əfəndinin qızı ana nənəm Səyalı xanım vəfat etdi. О
bizim evdə yaşayırdı. Sürgündən onu xəlbəti gətirmişdik və heç bir
sənədi yox idi. Təqib olunmaq və həbs olunmaqdan qorxaraq biz
Səyalı xanımı atasının türbəsində dəfn edə bilməyib, səssiz, ən
yaxın qohumlarının iştirakı ilə Bakıda köhnə qəbirstanlıqda dəfn
etdik. Qayıdıram Hacı Mahmud Əfəndiyə. Müridizmin
nümayəndələrini və milli Azərbaycan adamlarını izləyən çar
xəfiyyələri hökümətə xəbər çatdırırlar ki, Azərbaycanın qərb
zonasını Türkiyəyə yaxın olmağa çağıran ən fəal təbliğatçılardan
biri Hacı Mahmud Əfəndidir. О böyük nüfuza malik olan bir din
xadimidir. Bu fikrin doğruluğunu müəyyənləşdirmək üçün Qafqaz
canişini Aslanbəyliylə cümə namazına gəlir. O, buraya Qazax,
Qarabağ, Gürcüstan və Ermənistanda yaşayan çoxlu
azərbaycanlıların gəldiyini görür. Bu qədər adamın cümə
namazında iştirakından vahimələnən canişin Nikolay hökumətinə
Hacı Mahmud Əfəndinin rus imperiyası üçün qorxulu bir adam
olduğu barədə danos yazır. Bu, əhvalatdan sonra Hacı Mahmud
Əfəndi həbs edilib Gəncə həbsxanasına göndərilir. Bir neçə aydan
sonra canişin Gəncə həbsxanasından azad olunan Hacı Mahmud
Əfəndinin yanına canişin, dilmanc və bir neçə ağsaqqalla gələrək,
ona məsləhət görür ki, var-dövlətini götürmək şərti ilə Orta Asiyaya
köçsün. Canişin Hacı Mahmud Əfəndinin ləyaqətli şəkildə yola

salınacağına təminat verir. Bu xalis sürgün idi. Bu əhvalatdan
xəbərdar olan Türkiyə hökuməti Rusiyadan xahiş edir ki, Hacı
Mahrnud Əfəndinin Orta Asiyaya yox, Türkiyəyə gəlməsinə icazə
versin. Razılıq əldə edilir. Rus dövləti belə-belə Türkiyəyə hüsn
rəğbət göstərənləri vətənindən didərgin salır. Başqa bir misal da
gətirmək olar. Məsələn, hazırda Türkiyədə böyük ziyarətgahı olan
Şirvanlı Mövlanə İsmayıl Əfəndi türkpərəst, nəqşi- bənd təriqətinə
mənsub olub Şirvan zonasında böyük nüfuza malik imiş.Çar
hökuməti onu da Sibirə sürgün etmək istəmişdir. Ancaq İsmayıl
Əfəndinin arazusunu nəzərə alaraq rus hökuməti ona da Türkiyəyə
getməyə icazə vermişdir. Belə zorakılıq və sürgünlər yolu ilə çar
hökuməti nüfuzlu din xadimlərinin xalqa olan təsir gücünü
azaltmağa və türkpərəstliyə son qoymağa çalışırdı. Beləliklə, Hacı
Mahmud Əfəndi Türkiyəyə sürgün olunmasından çox məyus olub
kədərlənir. Vətən həsrəti, doğma torpaq, el-oba şərəfi onu artiq
dərəcədə sıxsa da mal-dövlətini satıb səfərə hazırlaşırdı. Bu zaman
onun oğullarından Məhəmməd və Veys Türkiyədə təhsil alırdılar.
Qızlarından Səyalı da atası ilə Türkiyəyə getmək istədikdə əri
Mustafa ağa qəti etiraz edərək deyir ki, mənim burada iki qardaşım
və beş bacım, qoca ata-anam var. Mən onları buraxıb Türkiyəyə
gedə bilmərəm. Hacı Mahmud Əfəndi Mustafa ağa ilə razılaşır.
Ailəsinin belə dağılması, vətən həsrəti Hacı Mahmud Əfəndini sıxır
və xəstələnir. 1891-ci ildə Hacı Mahmud Əfəndi Aslanbəyli
kəndində vəfat edir. Türkiyəyə hazırlaşan köç dayanır. Nikolay
hökuməti Наcı Mahmud Əfəndinin ilinə qədər ailəsinə
toxunmayacağına söz verir. Bir ildən sonra xalq Hacı Mahmud
Əfəndinin uşaqlarını böyük təntənə ilə yola salır. Qızlarından biri
bu ayrılığı sonralar Наcı Mahmud Əfəndinin türbəsinin daşı
üzərində şe’rlə belə ifadə etmişdir. Təəssüf ki, şe’r silinib
aparıldığından onun ancaq aşağıdakı üç misrası qalmışdır:

Həsrətin qəlbimi yaxar ağlaram,
Amasiya tərəfə etdilər səfər
Mən dəxi yollara baxar ağlaram.

Hacı Mahmud Əfəndinin türbəsində iki qəbir var. Onlardan biri
Hacı Mahmud Əfəndidir. Ikinci qəbir Seyid Yasin əfəndidir. Вu
şəxsin Hacı Mahmud Əfəndi ilə heç bir qohumluq əlaqəsi yoxdur.
O, Aslanbəyliyə təsadüfən gəlib düşmüş, bir alim, dərviş olmuşdur.
Seyid Yasinin evi-eşiyi olmadığından Hacı Mahmud Əfəndinin
yanında sığınacaq tapmışdır. O, çox müdrik bir alim olduğunda
Hacı Mahmud Əfəndi vəsiyyət etmişdir ki, onu Seyiddən aşağıda
basdırsınlar. Şəriətə görə Seyidin xəlifədən yuxarıda basdırılmasına
icazə verilmədiyi üçün onu Hacı Mahmud Əfəndinin yanında
basdırmışlar. Çox qəribədir, Hacı Mahmud Əfəndi sünnü, Seyidin
isə şiə olmasına baxmayaraq Aslanbəyli sakinləri onlara əqidələrinə
görə heç bir fərq qoymadan ziyarət edirlər.

Leave a Reply