Qazax Information Center

Yeni WordPress Saytı

Fransada “Qazax” adlı qrup yaranıb

Aprel 26, 2010 181 views By: qazax Category: Fexrlerimiz, Qazax İnfo

Fransada yaşayan, əslən azərbaycanlı musiqiçi Frederik Qazaxbəyli orada “Qazax” adlı qrup yaradıb. Qrupun proqramına Azərbaycan el havaları daxil edilmişdir.

Frederik (qısaca Fred) Qazaxbəylinin bildirdiyinə görə, onların yeni repertuarı “La fibre” adlı növbəti albomlarında yer alacaq. “Qazax” qrupunun “Foto” adlanan ilk albomunda isə Azərbaycan və Fransa milli musiqisinin ritmlərindən istifadə edilib.Artıq onlar iki ölkə musiqilərinin sintezi ilə də məşğul olurlar.

Qeyd edək ki, Frederik Qazaxbəylinin atası İlyas Qazaxbəyli İkinci Dünya savaşında almanlara əsir düşüb, sonra əsirlikdən qaçıb və Fransa müqavimət hərəkatına qoşulub. Müharibədən sonra Fransada – Qrenoblda yaşamağa qərar verib.

Frederik Qazaxbəyli vətənlə daim əlaqə saxlayır, vaxtaşırı Azərbaycanı ziyarət edir.

Tags: , , Frederik Qazaxbəyli, , , , , , , , ,

Leave a Reply