Qazax Information Center

Yeni WordPress Saytı

Elbrus Qəmgin

İyun 07, 2010 105 views By: qazax Category: Şairlər və Yazıçılar

Elbrus Məsmalı oğlu Mustafa 1952-ci il iyunun 1-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur.1969-cu ildə orta məktəbi bitirib.1970-ci ildə indiki Tusi adına Azərbaycan Dövlət Pedaqoji institunun filologiya fakültəsinə qəbul olunmuş və 1974-cü ildə həmin tədris müəssisəsini bitirmişdir.Pedaqoji fəaliyyətlə məşğul oldumuşdur.

Hələ orta məktəb illərindən şer yazmaq həvəsinə düşən Elbrus Qəmgin özünün  ilk şer nümunəsini yaratmışdır.

Elbrus Qəmgin 2000-ci ildən başlayaraq  bir-birinin ardınca  “Mənim ömrüm gündüzlərdir “, ” Darıxmışam ” , ” Könlüm vətən həsrətində “,” Taleyin hökmü “,  ” Əməklə ucalan insan “, ” Ana yanğısı “, “Ata ürəyi  ” və  ” Dünya  yaman  çalxalanır ” adlı şer və poema  kitabları çapdan çıxmışdır.Elbrus Qəmgin  Azərbaycan şer növlərinin əksər növlərində öz qələmini sınamışdır.Belə ki,onun bayatı,qoşma,gəraylı,müxəmməs,təcnis,qəzəl,satirik şerlər,təmsillər  və sair janrlarda yaratdığı şer nümunələri özünə məxsusdur  və  böyük Şairlər E.Sibirel,V.Xramçaylı,İ.Umudlu,Z.Ziyadoğlu,P.İsaqoğlu və başqaları tərəfindən məqalələr yazılmış və tənqidi qiymətlər verilmişdir.Elbrus Qəmgin yaradıcılığı çox rəngarəngdir.Belə ki,onun Vətən,Parçalanmış ölkə,məhəbbət,dövrün eybəcərliklərini,rüşvətxorluğu,yaltaqlığı qamçılayan satirik şerlər,erməni vandalizmi açıb göstərən çoxlu şerləri vardır.

Qazaxdadır

Hər zaman ölməyə hazır fanatik
Allaha ən yaxın qul Qazaxdadır.
Böyüyün, kiçiyin yerini bilmək
Ağsaqqala hörmət, yol Qazaxdadır.
***
Şairlər vətəni, aşıqlar yurdu
Düşməni ağladan basılmaz ordu.
İgidin igidi, insanın mərdi,
Oğuz eli kimi el Qazaxdadır.

Uca dağlarının  zirvəsi qarlı
Bağları ərikli, heyvalı,narlı.
Qoca palıd ilə uca çinarlı,
Ceyranlı, cüyürlü, çöl Qazaxdadır.

Gözəllərin ən gözəli baş tacı
Minlərlə aşiqin axır əlacı.
Etibarlı qardaş, istəkli bacı
Dilləri bal kimi, dil Qazaxdadır.

Axtarma dünyanı, gəzmə havayı
Dəlilikdə yeganədir Kür çayı.
Nə oxşarı vardır, nə də ki, tayı
Ən ətirli çiçək, gül Qazaxdadır.

Sədaqət göstərən qonağa, dosta,
Toyda məğrur olar, əyilməz yasda.
Bu çətin zamanda, bu basabasda
Ən qoçaq camaat, bil Qazaxdadır.

Heç nəyi kəsməyib bu yerdən fələk,
Oğulları igid, qızlan mələk.
Qəmginin ürəyi, millətə gərək,
İnildəyən mizrab, tel Qazaxdadır.

Qazax

Tarixlərin yadigarı,
Ötgün söziim, dilim Qazax.
Ölkəmin cənnət diyarı,
Çəmənzarım, gülüm Qazax.


Dünya mənə qızıl qəfəs,

Yaşamağa yoxdur həvəs.

Sənsiz ötür hədər, əbəs,
Günüm, ayım, ilim Qazax.

Düşəli səndən aralı,
Sinəm çal-çarpaz yaralı,
Bilməm, olmuşam haralı
Axı, sənsən elim Qazax.

Quş qalabilməz yuvada
Qanad çalırsa səmada.
Mən kim ilə bu dünyada,
Dərdlərimi bölüm, Qazax.

Bir quzuyam sənsiz mələr,
Gözlərimdən axar sellər.
Yad qucağı mənə neylər?
Bir qoynuna gəlim, Qazax.

Qəmgin sənsiz olub xəstə,
Qubar yığıb dəstə-dəstə.
Qoy baş qoyum dizin üstə
Ayağında ölüm Qazax.

Millət sevmir kədəri, Azərbaycan əsgəri

Millət sevmir kədəri, Azərbaycan əsgəri
Səndən umur zəfəri Azərbaycan əsgəri

Vətən üçün savaşlar tarixlər boyu olub
Bu daha da betəri Azərbaycan əsgəri

Döyüşlərə atılan hər ulu türk oğlunun
Yenilməzdir hünəri Azərbaycan əsgəri

Qüdrətinlə, gücünlə düşmənin burnunu ov
Heyran eylə bəşəri Azərbaycan əsgəri

Babalar yadigarı bu torpağm heç nəylə
Ölçülməzdir dəyəri Azərbaycan əsgəri

Bu vətəni millətə tanrı verib əzəldən
Qoru qismət-qədəri Azərbaycan əsgəri

Nəsil-nəsil insanlar gəlib yenə köçəcək
Vətən deyil gedəri Azərbaycan əsgəri

Məmləkətin hər qarış ölçüsünün həmişə
Sinən olsun sipəri Azərbaycan əsgəri

Bilki, sənin önündə hər bir düşmən ordusu
Olacaqdır itəri Azərbaycan əsgəri

Ruhdan düşmək əbəsdir başımıza gələnlər
Ötəridir ötəri Azərbaycan əsgəri

Sənin qeyrətin ilə yenidən qurulacaq
Sərhədlərin çəpəri Azərbaycan əsgəri

Gün gələcək düşmənin başmda çatlayacaq
Öz ziyanı, xətəri Azərbaycan əsgəri

İnanıram yağmm sinəsinə çarpaz dağ
Çəkəcəksən yetəri Azərbaycan əsgəri

Çatdırın siz Qəmginin qulağma tezliklə
Bir qələbə xəbəri Azərbaycan əsgəri

Tags: , Elbrus Məsmalı oğlu Mustafa, Elbrus Qəmgin, , Qəmgin,

Leave a Reply

Cavabı ləğv etmək üçün tıklayın.