Qazax Information Center

Yeni WordPress Saytı

Dilsuz Binəva Ləqəbli El Şairi

May 01, 2010 476 views By: qazax Category: Şer

Bu sətirlərin müəllifi Dilsuz Binəva ləqəbli el şairi Qazax bazarında əl arabası sürür, yayda dondurma da satır.

Sevinclə götürüb dəftər-qələmi
Yazıram dastanın, a Qazax eli!
Şairlik elmində bütün aləmi
Səcdəyə gətirdin, a Qazax eli!

Səndə yaranıbdır Vaqif, Vidadi
Unutmaq olarmı Vurğun Səmədi?
Dahi ürəklərdə durur əbədi
Başını ucaldır, a Qazax eli!


Mirvarid Dilbazi, Osman Sarıvəlli
İsmayıl Şıxlıyla olubdur bəlli
Salik Kazım ağa, o, bizim elli
Baş əyir önündə, a Qazax eli!


Yusif Səmədoğlu, Mehdi Hüseynin
Şair Biləndərin, Arif Hüseynin
Qazax şairlərinin dərin biliyinin
Kamil ustadısan, a Qazax eli!


Böyük saz ustası aşıq Ədalət
Dünyada qazanıb bilin ki, şöhrət
Çalanda sazını bütün kainat
Ruhlanıb baş əyir, a Qazax eli!


Əliağa Şıxlinski topun atası
Hər yerdə söylənir onun sədası
Azəri yurdunun igid balası
Yüksəldir adını, a Qazax eli!


Ulu babaların şöhrəti, şanı
Damarında axır kökümün qanı
Binəva Dilsuzam, gəzsəm dünyanı
Başımın tacısan, a Qazax eli!

Leave a Reply