Qazax Information Center

Yeni WordPress Saytı

Ermənilərin Azərbaycana qarşı əsassız ərazi iddiaları və təcavüzü təkcə Qarabağla məhdudlaşmır, başqa bölgələri də əhatə edir. Qazax rayonunu nankor erməni qonşularımızla 168 kilometrlik sərhəd zolağı ayırır. Qarabağ müharibəsinə başlayarkən hazırlıq görmüş ermənilər Qazaxın da sərhəd kəndlərinə mütəmadi atəş açmışdılar, dinc əhaliyə divan tutmuşdular, evləri yandırmışdılar, mal-qara aparmışdılar. 4 mart 1990-cı ildə erməni quldurları Qazaxın Bağanis Ayrım kəndinə soxularkən 7 nəfər dinc sakin diri-diri yandırmış, 2 nəfəri yaralamış, 13 yaşayış evi partlatmışdırlar.

DAVAMI...

GAZAKH DISTRICT

İyun 10, 2015 3. 666 views By: qazax Category: Qazax İnfo

GAZAKH

Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Ibrahim Molla Rəhim oğlu Rəhimov

May 04, 2011 3. 284 views By: qazax Category: Məşhurlar

Ibrahim Molla Rəhim oğlu Rəhimov (1851-1927)
Həkim diplomu almış ilk azərbaycanlı, ilk azərbaycanlı psixatr həkim, həkim-humanist, ictimai xadim İbrahib Rəhimov Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olub.

Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Bizə yazın

Aprel 19, 2011 8. 669 views By: qazax Category: Qazax İnfo

123

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Qazax şəhəri-Avey dağındakı Alban məbədi

Mart 25, 2011 2. 883 views By: qazax Category: Qazax İnfo

Qədim məbəd Avey dağının cənub zirvəsində yerləşir, qərb tərəfdən qədim yolu var. Məbədin belə bir yerdə tikilməsi onun Alban memarlığının səciyyəvi əlamətlərindən biri ilə bağlılığını bildirir.  İki nefli (otaqlı) məbəd yerli Avey daşından inşa edilib. Şimal hissəsinin tavanı tağvari, güney hissəsinin tavanı isə konusvari kümbəzlə tamamlanır. Aparılmış qazıntılardan əldə edilən materiallara əsasən məbəd V-VII əsrlərdə Qafqaz Albaniyası dövlətinin dövründə tikilib. Məbədin həyətində qəbirlər aşkar edilmişdir. Qəbirlərin sinə daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin üstündə emblem kimi albanlara məxsus lotos gülü və onun yuxarı künclərində günəş simvolu olaraq içərisi 8 hissəyə ayrılmış rozetka qazılmışdır.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Qazax Dövlət Rəsm Qalereyası

Fevral 14, 2011 9. 872 views By: qazax Category: Qazax İnfo

Qazax Dövlət Rəsm Qalereyası Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 13 fevral 1986-cı il tarixli əmrinə əsasən yaradılmışdır. Qalereyanın sahəsi 490 kv.m-dir. O, bina, foye, iş otağı, fond otağı, sərgi salonundan ibarətdir. Muzeydə cəmi 373 eksponat var. 288 şəkil, 35 heykəltəraşlıq nümunələri, 4 qobelen, 8 ədəd çekankada Azərbaycan miniatürləri, görkəmli alimlərin, şair-ədiblərin fotoşəkilləri, açıqcalar, qəzet və jurnallar qalereyanı zənginləşdirən eksponatlardır. Sərgi salonunda 62 eksponat nümayiş edilir. Bunlardan 30 respublika rəssamların işləridir, qalan 32 eksponat yerli rəssamların əməyinin məhsuludur. Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi

Fevral 14, 2011 3. 334 views By: qazax Category: Qazax İnfo

Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 1983-cü ildən muzeyin ekspozisiyası yenidən tərtib olunmuşdur və indi muzeydə 1160 eksponat vardır.

2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı.

1982-ci ildən hər il respublikamızda “Vaqif” poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir.

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Qazax rayonunun tarixi-mədəniyyət abidələrin xəritəsi

Yanvar 10, 2011 4. 147 views By: qazax Category: Qazax İnfo

Tags: , ,
1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

İtalyanın Milli Qəhrəmanı Qazaxlı Tahir İsayev

Yanvar 10, 2011 3. 918 views By: qazax Category: Qehramanlar

Tahir İsayev Qazax rayonunda Şıxlı kəndində 1922-ci ildə dünyaya göz açmışdır. Müharibə cəbhəsində Mazdokun altındakı ağır döyüşlərdə yaralanaraq əsir düşmüş və Avstriyadakı əsir düşərgəsindən böyük əziyyətlərlə İtaliyaya keçərək Berqamo şəhəri yaxınlığında partizan dəstəsinə daxil olmuşdu. Davami →

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Dahi Şairimiz Səməd Vurğunun “ekskluziv” video yazısı

Dekabr 30, 2010 2. 644 views By: qazax Category: Şairlər və Yazıçılar

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...

Qazağın İncədərəsində ən çox sevilən “Sozali” , “Ədə Nəsif” musiqisi

Dekabr 29, 2010 2. 563 views By: qazax Category: Musiqi, Video

1 Star2 Stars3 Stars4 Stars5 Stars (No Ratings Yet)
Loading...