Qazax Information Center

Yeni WordPress Saytı

Archive for the ‘Şairlər və Yazıçılar’

Dahi Şairimiz Səməd Vurğunun “ekskluziv” video yazısı

Dekabr 30, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Abdulla bəy Divanbəyoğlu (1883 – 1936)

Dekabr 29, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Abdulla bəy Divanbəyoğlu (Abdulla Vəlağa oğlu Sübhanverdixanov) 1883-cü il yanvarın 1-də Qazax mahalının Hüseynbəyli kəndində anadan olmuşdur. İbtidai təhsilini Qazaxda aldıqdan sonra Zaqafqaziya (Qori) müəllimlər seminariyasında təhsil almışdır (1898-1903). Bir müddət Batum və Bakı ibtidai məktəblərində müəllimlik etmişdir.

1905-ci üdə Bakıda rus-tatar məktəblərində, eləcə də “Nəşri-maarif” və “Nicat” cəmiyyətlərinin nəzdində açılmış 6 sinifli şəhər məktəblərində yoxsul balalarına dərs demişdir. Azərbaycan Xalq Maarifi Komissarlığında müxtəlif vəzifələrdə işləmiş, eyni zamanda Dövlət arxivinin müdiri olmuşdur (1920-1922). A.Şaiq adına Pedaqoji Texnikumunda müdir müavini (1927-1930), Azərbaycan Dövlət Sənaye İnstitutunda assistent vəzifəsində çalışmışdır (1930-1935). (daha&helliip;)

Abbas ağa Nazir (Qayıbzadə)

Dekabr 29, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Abbas ağa Nazir (Qayıbzadə – 1849-1919)

Nazir təxəllüslü Abbas ağa Mirzə Nəbi əfəndi oğlu 1849-cu ildə Qazax distansiyasının Salahlı kəndində anadan olmuşdu. İbtidai təhsilini atası, XIX əsrin əvvəllərində yaşayıb-yaratmış, dövrün məşhur şairi Mirzə Nəbi Qayıbzadədən və məşhur din alimi, əmisi oğlu Mirzə Hüseyn Əfəndi Qayıbzadədən (1830-1917) almışdır. On dörd yaşına kimi kənd məktəbində oxuyan Abbas ağa, Tiflisdəki “Məvarayi-Qafqaz-ruhani idarəsi”nin nəzdində açılmış məktəbə daxil olmuşdur. Üç illik təhsilini bitirdikdən sonra Abbas ağa doğma kəndi Salahlıya qayıtmış və 1873-cü ilə qədər müəllimlik etmişdir. Həmin ili Tiflisə işə dəvət olunan Abbas ağa Zaqafqaziya Ruhani İdarəsində baş katib köməkçisi, sonra isə baş katib vəzifəsində işləyir. (daha&helliip;)

Əbdürrəhman ağa Dilbaz oğlu

Dekabr 29, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Əbdürrəhman ağa Dilbazi oğlu (XVIII əsrin  II yarısı – XIX əsrin əvvəlləri)

Dövrünün tanınmış şairlərindən biri olan Əbdürrəhman ağa Dilbaz oğlu Şair Qazax mahalının Xanlıqlar kəndində anadan olmuşdur. Bədxahları Gürcüstan hakimi İrakliyə Əbdürrəhman ağanın Qazax mahalını Cavad xana vermək istədiyini, onunla əlbir olduğunu, bəzi siyasi məsələləri həll etmək üçün onların tez-tez görüşdüklərini söyləyirlər. İrakli qəzəblənib şairin gözlərini çıxartdırır. (daha&helliip;)

Kazım Ağa Salik

Dekabr 29, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Kazım ağa Salik(1781-1842)

Kazım ağa Şıxı ağa oğlu 1781-ci ildə Qazax mahalının Şıxlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə şərq dillərini, ilahiyyatı, fəlsəfəni öyrənmişdi.

Kazım ağa şair idi. Salik təxəllüsü ilə qəlboxşayan şerlər yazırdı. Onun haqqında Firudin bəy Köçərli yazır: “Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında, bəlkə bütün Zaqafqaziyada zühur edən şüəranın müqtədirlərindən birisi hesab olunur. Bu anacan millətimiz içində onun şöhrət və hörmət kəsb etmədiyinə ümdə səbəb asarının mürəttəb bir qayda üzrə təb və nəşr olmadığıdır. Bu kəmetinalıq və qədirbilməməzlik tək bir Saliki-mərhumun haqqında olmayıb, çox şüəra və üdəbamızın halına şamildir. (daha&helliip;)

Eldar Nəsibli Sibirel

Oktyabr 26, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Şair Eldar Nəsibli Sibirel 2010, 11 oktyabrda Qazaxda baş verən avtomobil qəzasında  həlak olmuşdur. Mərhumun ailə üzvlərinə, yaxınlarına dərin hüzünlə baş sağlığı veririk.

Allah rəhmət eləsin!

Eldar Nəsibli Alı oğlu ( Eldar Nəsibli Sibirel ) – 18.5.1952-ci ildə Tomsk vilayəti,Baxçar rayonunda anadan olub.Orta məktəbi Qazax rayonunun İkinci Şıxlı kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.(1969-1974).Həmin vaxtdan “Elm və Həyat” jurnalı redaksiyasında ədəbi işçi,baş ədəbi işçi,şöbə müdiri vəzifələrində işləmişdir.1984-cü ildən 1990-cı ilə qədər həmin jurnalın məsul katibi olmuşdur.1990-1995-ci illərdə “Mərhəmət”jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.”Azərbaycan” qəzetinin qərb bölgəsi- Qazax,Ağstafa,Tovuz,Gədəbəy,Daşkəsən üzrə müxbiri olmuşdur. (daha&helliip;)

Mehdixan Vəkilov

İyul 01, 2010 By: qazax Category: Məşhurlar, Şairlər və Yazıçılar

Mehdixan Yusif ağa oğlu Vəkilov – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı və Respublika Ali Soveti sədrinin müavini, Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1973), tarix elmləri doktoru (1969), professor (1969), birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf Nişanı ordeni. (daha&helliip;)

Tags: Mehdixan Vəkilov

Ağalar bəy Qiyasbəyli

İyul 01, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Ağalar bəy Qiyasbəyli müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu (daha&helliip;)

Tags: Ağalar bəy Qiyasbəyli

Mehdi Hüseyn

İyun 24, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu ildə Qazax II Şıxlı kəndində dünyaya göz açmışdır.
Hüseynov Mehdi Əli oğlu—Nasir, Dramaturq, Tənqidçi, 1943-cü ildən Yazıçılar Birliyinin üzvü, Azərbaycan Xalq yazıçısı (1964), SSRİ Dövlət mükafatı laureatı (1950)

(daha&helliip;)

Qayıbov Hüseyn Yusif oğlu

İyun 23, 2010 By: qazax Category: Şairlər və Yazıçılar

1830-1917
Qayıbov Hüseyn Yusif oğlu 1830-cu il mayın 24-də Salahlı kəndində
ziyalı ailəsində anadan olmuşdur. Kiçik yaşlarında
valideynlərini itirdiyindən əmisinin himayəsində boya-başa çatmışdır.
İbtidai təhsilini doğma kəndində müdərris Məhəmməd Əfəndinin
məktəbində almışdır. Burada ərəb və
fars dillərini, klassik şərq ədəbiyyatını mükəmməl öyrənmişdir.
Həmin məktəb müdərrisinin köməkçisi olmuşdur (1830-1847). (daha&helliip;)