Qazax Information Center

Yeni WordPress Saytı

Archive for the ‘Qazax İnfo’

Qazax qəzası (1917-ci il)

Sentyabr 22, 2010 By: qazax Category: Qazax İnfo

1917-ci ildəki Qazax qəzasının kəndləri

(daha&helliip;)

1942-ci ildə Qazax Rayonunun topoqrafik xəritəsi

Sentyabr 17, 2010 By: qazax Category: Qazax İnfo

1942-ci ildə Qazax Rayonunun topoqrafik xəritəsi

Hacı Mahmud Əfəndi Qarani

Sentyabr 08, 2010 By: qazax Category: Qazax İnfo

Насı  Mahmud Əfəndi həzrətləri 1835-ci ildə Aslanbəyl kəndində anadan olub. Atasının adı Veysdir. Kicik yaşlannda atası dünyasını dəyişib. Soykökü  Peyğəmbərimizin dostu, Veys Əl-Qarani həzrətlərinə gedib çıxır. (daha&helliip;)

İlhamiyyə Rzayeva

İyul 01, 2010 By: qazax Category: Məşhurlar, Qazax İnfo

Jurnalist.  Televiziya aparıcısı ( Prodüser. Rejissor.Kino redaktoru.)

İlhamiyyə Rzayeva Faiq qızı 26 mart 1967-cı ildə Qazax rayonunda anadan olub. (daha&helliip;)

Tags: İlhamiyyə Rzayeva

Qaçaq Kərəm

İyun 26, 2010 By: qazax Category: Fexrlerimiz, Qazax İnfo, Qehramanlar

On beş il qaçaqlıq elәyən Qaçaq Kәrəm 1860-cı ildə  Qazax qəzasının Qıraq-Kәsәmәn kəndindә anadan olmuşdur. Onun atası Molla Zal oğlu İsgəndәr kәndlilәrin һaqqını müdafiә etdiyi üçün qolları qandallanıb, Sibirә sürkün edilmişdir. Lakin sürkündən qaçaraq yenidən öz doğma diyarında at belində görünmüşdür. Molla Zal oğlu İsgәndәr öldürüldükdən sonra onun yarağını oğlu Kərәm götürmüşdür. (daha&helliip;)

Tags: , , Qaçaq Kərəm,

Qazax Müəllimlər Seminariyası

İyun 24, 2010 By: qazax Category: Qazax İnfo

Qazax Müəllimlər Seminariyası 1906-cı ildə  Qori Seminariyasının Azərbaycan bölməsi Firidun bəy Köçərlinin hesabına Qazax rayonuna köçürülür və sovet hakimiyyəti qurulanadək orada fəaliyyət göstərir.

Qazax Seminariyasının yetirmələri – Səməd Vurğun, Mehdixan Vəkilov, Osman Sarıvəlli, Mehdi Hüseyn, Seyfulla Şamilov, İsmayıl Şıxlı və s.

(daha&helliip;)

Tags: Qazax Müəllimlər Seminariyası,

Molla Vəli Vidadi

İyun 23, 2010 By: qazax Category: Qazax İnfo, Şairlər və Yazıçılar

1709( Şәmkir )- 1809 ( Qazax qәzasının Birinҹi Şıxlı kəndi )

Görkәmli Azәrbaycan şairi Molla Vəli Vidadi
Şәmkirdә, Qazağın Poylu kəndindә təһsil almış, әrəb vә fars dillәrini mükәmməl öyrәnmişdir. Şıxlıda Mirzәlik vә mәktәbdarlıq etmişdir.
Vidadi һәm әruz, һәm dә һeca vәznlәrində yazmışdır. Әdәbi irsinin az qismi mәlumdur. Dövrünün һәrc-mәrcliyindən doğan kәdәr vә ümidsizlik, mәnәvi tәnһalıqdan şikayət Vidadi yaradıcılığının әsas motivlәrindәndir. Şəki xanı şair Məmmədһüseyn xan Müştaqın xaincәsinә öldürülmәsi münasibәtilә yazdığı “Müsibәtnamә” mәnzumәsindә dövrün səciyyәvi, real lövһәsini yaratmış, xalq mәnafeyini unudan mәnsәb, şöһrәt düşgünlәrinә, naһaq qan tökәnlәrә lənәt yağdırmışdır. Vidadinin xalq kәdәrindәn gәlәn bәdbinlik fәlsәfəsi M.P.Vaqiflә müşairәdә vә “Belә qalmaz” rәdifli müsәddәsdә daһa qabarıq əks olunmuşdur. (daha&helliip;)

Yunis Kazımov

İyun 23, 2010 By: qazax Category: Qazax İnfo

Kazımov Yunis 1933-cü ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuşdur.O,ilk təhsilini başa vurduqdan sonra Gəncə Kənd Təsərrüfatı İnstituna qəbul olmuş və ali məktəbi qurtardıqdan sonra Salyan rayonunun Qaraçala Qrabağlıqəsəbəsinin,Qazax rayonu II Şıxlı kəndlərində direktor vəzifəsiondə işləmişdir.Kazımov Yunis 1989-cu ildə vəfat etmiş və doğma kəndində dəfn olunmuşdur.

Gəl

Əziz dostum bizim İncə kəndinə
Qış fəsli ötüşüb yaz düşəndə  gəl
Havalar isinib gün uzananda
Palçıqlar quruyub toz düşəndə gəl
***
(daha&helliip;)

Məmməd Qurban oğlu Musayev

İyun 19, 2010 By: qazax Category: Qazax İnfo

Məmməd Qurban oğlu Musayev 1955-ci ildə Qazax rayonunda anadan olmuşdur.
1972-ci ildə orta məktəbi, 1976-cı ildə isə D.Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə ilə bitirmişdir.  (daha&helliip;)

Ustad Aşıq Ədalət

İyun 12, 2010 By: qazax Category: Aşıqlar, Məşhurlar, Qazax İnfo, Video

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur.

Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuş, Ədalət “Ruhani” çalanda qol götürüb oynayarmış. O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

(daha&helliip;)