Qazax Information Center

Yeni WordPress Saytı

Archive for the ‘Məşhurlar’

Ibrahim Molla Rəhim oğlu Rəhimov

May 04, 2011 By: qazax Category: Məşhurlar

Ibrahim Molla Rəhim oğlu Rəhimov (1851-1927)
Həkim diplomu almış ilk azərbaycanlı, ilk azərbaycanlı psixatr həkim, həkim-humanist, ictimai xadim İbrahib Rəhimov Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olub.

(daha&helliip;)

RƏŞİD BEHBUDOV

İyul 01, 2010 By: qazax Category: Məşhurlar, Musiqi

Rəşid Məcid oğlu Behbudov (14 dekabr 1915 – 9 iyun 1989) – görkəmli Azərbaycan müğənnisi və ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı. Lenin Ordeni, Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu ordenləri ilə təltif olunmuş, bir sıra xarici ölkələrin mükafatlarına layiq qörülmüşdur. Dağıstan xalq artisti, Gürcüstan əməkdar incəsənət xadimi fəxri adlarını almışdır.

Azərbaycan Rəşid Behbudoun vətəni kimi də tanınmışdir. Onun atası, Məcid Behbud Alı oğlu Behbudov məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olmuşdur. Məcid Behbudov  1873–cü ildə Şuşada doğulmuş-6.9.1945-ci ildə Qazaxda vəfat etmişdir. Anası, Firuzə Abbasqulu qızı Vəkilova  Qazaxlı olmuşdur.  (daha&helliip;)

Leyla Vəkilova

İyul 01, 2010 By: qazax Category: Məşhurlar

Milli balet sənətimizin əfsanəvi və klassik dühalarındandır. Klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilməkdə əvəzolunmaz idi. Yüksək səhnə mədəniyyətinə və ifa texnikasma malik sənətkar olub. İfası həmişə özünün emosional lətafəti, ülviyyəti, zərifliyi, cazibəli coşğunluğu, hərarətli qaynarlığı, fəza boşluğunda yaratdığı nağılvarı görünüşü ilə seçilib. (daha&helliip;)

Tags: Leyla Vəkilova

Mehdixan Vəkilov

İyul 01, 2010 By: qazax Category: Məşhurlar, Şairlər və Yazıçılar

Mehdixan Yusif ağa oğlu Vəkilov – görkəmli ictimai-siyasi xadim, tarixçi alim, yazıçı, pedaqoq, 1958-1962-ci illərdə 5-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı və Respublika Ali Soveti sədrinin müavini, Əməkdar elm xadimi (1973), Qabaqcıl maarif xadimi (1973), tarix elmləri doktoru (1969), professor (1969), birinci dərəcəli Vətən müharibəsi ordeni, iki Şərəf Nişanı ordeni. (daha&helliip;)

Tags: Mehdixan Vəkilov

İlhamiyyə Rzayeva

İyul 01, 2010 By: qazax Category: Məşhurlar, Qazax İnfo

Jurnalist.  Televiziya aparıcısı ( Prodüser. Rejissor.Kino redaktoru.)

İlhamiyyə Rzayeva Faiq qızı 26 mart 1967-cı ildə Qazax rayonunda anadan olub. (daha&helliip;)

Tags: İlhamiyyə Rzayeva

Qurban Musayev Məmməd oğlu

İyun 20, 2010 By: qazax Category: Məşhurlar, Şer

Qurban Musayev Məmməd oğlu 1926-cı il mayın 24-də Qazax rayonu,İkinci Şıxlı kəndində anadan olmuşdur.Burada kənd orta məktəbini bitirdikdən sonra 1947-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat fakültəsinə daxil olmuşdur.1951-ci ilde İnstitu müvəfəqiyyətlə bitirmişdir.1951-ci ildə Laçının Minkənd adlı kəndinə müəllimlik təyinatını almışdır.1960-70 ci illərdə Qazax rayonunda sarıvəlli kənd orta məktəbinin direktoru  olmuşdur.Dövrü mətbuatda hələ tələbəlik  illərindən  çap olunmağa başlamışdır.Əsasən xalq şeri üslubunda  yazan  şairin  əsərləri  forma və məzmun ,mövzuca zəngin və  rəngarəngdir.” Mən Qoca Palıdam (1991) “, “Mən Ocaq Yeriyəm (1993) ” və ” Mən Belə Qurbanam (1997) ” adlı üç şer  kitabı nəşr olunmuşdur. “Əlaçı maarif işçisi” adına layiq görülüb. (daha&helliip;)

Ustad Aşıq Ədalət

İyun 12, 2010 By: qazax Category: Aşıqlar, Məşhurlar, Qazax İnfo, Video

Ədalət Məhəmmədəli oğlu Nəsibov 1939-cu ildə Qazax rayonunda anadan olmuşdur.

Saz çalmağı atasından öyrənmişdir. Gənc yaşlarından fitri istedadı üzə çıxmış, məclislərə dəvət almışdır.

Xalq şairi Səməd Vurğun onun çalğısının vurğunu olmuş, Ədalət “Ruhani” çalanda qol götürüb oynayarmış. O, “Qaytarma”, “Baş sarıtel”, “Ruhani”, “Yanıq Kərəmi” və başqa saz havalarının bənzərsiz ifaçısıdır.

(daha&helliip;)

OSMAN SARIVƏLLİ

İyun 08, 2010 By: qazax Category: Məşhurlar

Qurbanov Osman Abdulla oğlu  1905-ci il dekabrın 17-də Qazax rayonunun Şıxlı (Sarıvəlli) kəndində anadan olmuşdur. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan bir müddət sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bağır – kənd məktəblərində müəllim işləmişdir. Təhsilini artırmaq məqsədilə Moskvaya getmiş və burada Dövlət Universitetinin filologiya fakültəsində oxumuşdur.
(daha&helliip;)

Mirvarid Dilbazi

İyun 01, 2010 By: qazax Category: Məşhurlar

Dilbazi Mirvarid Paşa qızı 19 avqust 1912 Qazax rayonunun Musaköy kəndində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan xalq şairi, 1967-ci ildə əməkdar mədəniyyət işçisi, 1973-cü ildə əməkdar incəsənət xadimi, 1932-ci ildə APİ-nin ədəbiyyat və ictimaiyyət fakültəsini bitirmişdir.
(daha&helliip;)

Nüsrət Kəsəmənli

İyun 01, 2010 By: qazax Category: Məşhurlar

Kəsəmənli Nüsrət Yıısif oğlu
(29.12.1946 – 17.10.2003)
Azərbaycanın Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı
Kəsəmənli Nüsrət Yusif oğlu-sair, publisist, 1977-ci ildən Azərbaycanın Yazıçılar Birliyinin üzvü, respublika Lenin komsomolu mükafatı laureatı (1982).
1946-cı il dekabrın 29-da Azərbaycanın Qazax rayonunun Kalininkənd kəndində fəhlə ailəsində doğulmuşdur.

(daha&helliip;)

Tags: «Afroditanın qolları», «Ənbizlərin keşiyində», «Mövzu üzrə improvizasiya», , , , , talan könlüm» (2000) və «Könlüm yanağındakı xalında qaldı» (2003) kitablarında kütləvi tirajla nəşr olunmuşdur..