Qazax Information Center

Yeni WordPress Saytı

AY INCƏDƏRƏM

Aprel 14, 2010 453 views By: qazax Category: Şer

Qoynunda məclisim xoş keçir hər an,
Xoş günlər keçəsən, ay İncədərəm,
Aman verin xəbər alım sazından,
Şirin söz biçəsən, ay İncədərəm!

Hər kəndinin bir dastanlıq sözü var,
Hər odunun doğma yanan közü var,
Unutma! uzaqda ellər qızı var,
Mənəm sənçün əsən, ay İncədərəm!

Dolandım başına inan ki, xeyli,
Sənə baxan varmı, bəs yad nəzərli?
Kəmərli, Qaymaqlı, baş Aslanbəyli,
Könül oxşar desəm, ay İncədərəm!

Ümidsiz insanam, ümidim oldun,
Həm arxam, dayağım, gərəyim oldun,
Sanma el qızıyam, sən unuduldun,
Sənsiz ki, mən heçəm, ay İncədərəm!

(müəllif: Sevinc Incəli )

Sevinc İncəliyə öz təşəkkürümüzü bildiririk…

Leave a Reply