Quantcast

Qazax Information Center

Yeni WordPress Saytı

Aslan Kəmərli ~ Kəndim

May 01, 2010 542 views By: qazax Category: Şer

Bir xalqın hünəri, qeyret damarı
Vulkandı,alovdu,tufandı kəndim
Başının üstündə ildirım çaxa
Sancılıb topağa durandı kəndim

***
Yaşının üstünə yaş qoymalıyam
Daşının üstünə daş qoymalıyam
Ayağı altında baş qoymalıyam
Gözümdə Məkkədi,Qurandı kəndim
***
Özü bir dünyadı,sözü bir dünya
İstisi,alovu,közü bir dünya
Dünyalar içində özü bir dünya
Dağılmaz,pozulmaz Turandı kəndim
***

Quzuya quzudu,qurda şir ,pələng
Arana layladı,dağlara çələng
Elə haray qopub çalındımı cəng
Atandı,tutandı,vurandı kəndim
***
Əyəndə başını dağlara əyib
Duranda təpəsi zirvəyə dəyib
Oğul var başını uca eyləyib
Oğul var yerinə utandı kəndim

Leave a Reply