Qazax Information Center

Yeni WordPress Saytı

Ağamalı Sadiq Əfəndi

Aprel 26, 2010 90 views By: qazax Category: Şer

Görəydim bivəfa,fani dünyada
Ürəkdən sevinib güləjəmmi bir
Gözləri yol çəkən qoca anamın
O küskün könlünü alajammı bir

Kim durub başında Sarı bərəmin
Kim olub qonağı Aşıq Kərəmin
Düşüb ayağına İncə Dərəmin
Yalvarııb-yalvarıb öləjəmmi bir

Pirim Hajı əfəndi keç günahımdan
Vətən ayılmadı mənim ahımdan
Güldürən bir xəbər yəx sabahımdan
Ha vaxt olasıdı biləjəmmi bir

Sadiq Ağamalı,taleyi kəmtər
Aç qanlı köksünü xudaya göstər
Qohumlar bivəfa,dostlar sitəmxar
Dərdimi bir kəslə böləjəmmi bir

Leave a Reply

Cavabı ləğv etmək üçün tıklayın.