- Qazax Information Centre - http://qazax.biz -
Eldar Nəsibli Sibirel
Posted By admin On Oktyabr 26, 2010 @ 2:16 pm In Şairlər və Yazıçılar | No Comments
Eldar Nəsibli Alı oğlu ( Eldar Nəsibli Sibirel ) – 18.5.1952-ci ildə Tomsk vilayəti,Baxçar rayonunda anadan olub.Orta məktəbi Qazax rayonunun İkinci Şıxlı kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır.(1969-1974).Həmin vaxtdan “Elm və Həyat” jurnalı redaksiyasında ədəbi işçi,baş ədəbi işçi,şöbə müdiri vəzifələrində işləmişdir.1984-cü ildən 1990-cı ilə qədər həmin jurnalın məsul katibi olmuşdur.1990-1995-ci illərdə “Mərhəmət”jurnalının baş redaktoru vəzifəsində çalışmışdır.”Azərbaycan” qəzetinin qərb bölgəsi- Qazax,Ağstafa,Tovuz,Gədəbəy,Daşkəsən üzrə müxbiri olmuşdur.
Şairin “Ağacların söhbəti” adlı ilk şeri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb.O vaxtdan mətbuatda lirik-epik şerleri,poemaları,publisistik yazıları ilə çıxış edir. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib, keçir”, “Yaddaş”, “Bu da bir ömürdü ağlı,qaralı”,”Könül qəm eləmə…”,”Bura Qazaxdır, oğlum!”, “TURAN ŞƏRQİSİ” şeirlər kitablarının və yüzlərlə elmi-publisistik məqalənin müəllifidir.”Şıxlıdan düşən işıq” toplusunun tərtibçilərindən biridir.Əsərləri bir çox xalqların dillərinə tərcümə olunmuşdur.Lvov şəhərində keçirilən XII Ümumittifaq poeziya festivalında(1982) və gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində (1984) iştirak etmişdir.
1982-ci ildə SSRİ Yazıçılar İttifaqına üzv seçilib.
Sovet postməkanı dövründə E.Nəsiblinin şeirlərinin çapına respublika və ittifaq mətbuatlarında geniş yer ayrılıb. O həm də gözəl tərcüməçidir. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqda respublika, eləcə də ittifaqın qəzet və jurnallarında yüksək fikirlər söyləyiblər.
E.Nəsibli həmişə ürəyinin böyüklüyünə və istedadının gücünə arxalanıb. Bu güc, bu istedad heç vaxt onu zamanın, eləcə də kommunist rejimininin məngənəsində əyə, sındıra bilməyib. Hətta ailələri bir neçə dəfə repressiyanın qurbanı olsalar da.
[1]Share on Facebook [1]
[2] [3] [4]
Article printed from Qazax Information Centre: http://qazax.biz
URL to article: http://qazax.biz/?p=868
URLs in this post:
[1] Image: http://www.facebook.com/share.php?u=http://qazax.biz/?p=868
[2] Image: http://twitter.com/share?url=http://qazax.biz/?p=868&text=Eldar+N%C9%99sibli+Sibirel&via=tweetthisplugin&related=richardxthripp%2Ctweetthisplugin
[3] Image: http://buzz.yahoo.com/buzz?targetUrl=http://qazax.biz/?p=868&headline=Eldar+N%C9%99sibli+Sibirel
[4] Image: http://www.myspace.com/Modules/PostTo/Pages/?l=3&u=http://qazax.biz/?p=868&t=Eldar+N%C9%99sibli+Sibirel
Click here to print.
Copyright qazax.biz © 2010 Qazax Information Centre. All rights reserved.