Qazax Information Centre


Səyyar təxəllüslü Ləzgiyev Vəli

May 25, 2010 249 baxış By: admin Category: Qehramanlar Çap Et Çap Et

“Səyyar” təxəllüslü Vəli Ləzgiyev 1909-cu ildə Qazax şəhərnin Kəmərli kəndində dünyaya göz açıb.İbtidai təhsilini Kəmərli kəndində almış Vəli Ləzgiyev.orta təhsilini Qazax Pedaqoji Texniumunda tamamlamışdır.1938-ci ildə Tiflisdə iki illik Müəllimlər institunu bitirib,orta məktəblərdə dərs demək hüququnu almışdır. II Dünya Müharibəsi illərində Vəli Ləzgiyev Almanlara əsr düşmüş,lakin əsirlikdən qaçaraq Şimali İtaliyada partizan Mehdi Hüseynzadənin “Partizan Hərakatı”na qoşulmuşdu.Vəli Ləzgiyev 1968-ci ildə vəfat etmiş və Kəmərli kəndində dəfn edilmiişdir.

Mehdi  Hüseynzadəyə
(silah qardaşım Mehdiyə)
***
Azəri xalqının qəhrəman oğlu
Yayıldı ölkəyə şöhrətin Mehdi
Səninlə şadlanır Azəri xalqı
Layiqdir təltifə,cürətin Mehdi.
***
Əzdin faşistləri DAĞLAR TƏRLANI
Töküldü daşlara car oldu qanı
Hansı xalq yetişdirib bir belə canı ?!
Qoy adınla fexr etsin,millətin Mehdi
***
Atıldın meydana sən oldun Qoçaq
Xain düşmənlərə kəsildin bıçaq
Əsrlər keçsə də,yadigar qalacaq
Xalqının qəlbində hörmətin Mehdi
***
Sən olmadın tabe,şeytana,cinə
Vurdun zərbələri qəni düşmənə
Hayqırıb cumanda düşmən üstünə
Aslandan kəskindir sürətin Mehdi

Post to Twitter Post to Yahoo Buzz Post to MySpace

Tags: , , ləzgiyev, , , , , səyyar, Səyyar təxəllüslü Ləzgiyev Vəli, , vəli

1 Comments to “Səyyar təxəllüslü Ləzgiyev Vəli”


  1. Bəlkə də Vətəndən uzaqda… nə qədər mümkündürsə, bir o qədər uzaqda… belə məqalələri oxumaq daha çox təsirli olur, daha çox ürəyə toxunur.

    Allah bütün dövrlərdə Vətən uğrunda canından keçənlərə rəhmət eləsin, Ruhları şad olsun!

    Amma, o insanların arasında, təbii ki, elələri də olub ki, ölümün gözünə dik baxaraq, Vətəni düşünüb, canından keçməyə hazır olub, lakin Allahın icazəsi ilə sağ qaliblar. İndi isə Onların Sıraları yavaş-yavaş seyrəlir… Dünyasını dəyişənlərə Allahdan rəhmət, həyatda olanlara uzun ömr və can sağılığı diləyirəm.

    “Səyyarın” – Vəli Ləzgiyevin həyat yolu Vətənimizlə fəxr etmək üçün daha bir örnəkdir!

    Məqaləyə görə təşəkkür edirəm Sizə!

    Cavanşir
    (Mexiko)

    1


Leave a Reply